Xəbər lenti
Bu gün, 10:20
Bu gün, 09:35
Dünən, 23:09
Dünən, 22:48
Dünən, 21:50
Dünən, 17:30
Dünən, 16:18
Dünən, 09:49
2-12-2024, 23:34
2-12-2024, 22:50
2-12-2024, 22:12
2-12-2024, 21:48
Bu zamana qədər elə bilirdik ki, Bakıda keçirilən Formula-1 yarışlarına biz pul xərcləyirik. Dünyanın tanınmış iqtisadi nəşri olan “Forbes” isə başqa qənaətdədir. Nəşrin iddiasına görə, Azərbaycan bu yarışlardan indiyədək 506,3 milyon dollar gəlir əldə edib. Yarışın hesabına ölkəmizdə 10 minlərlə qısamüddətli iş yerləri açılıb, xeyli sayda binalar tikilib və s.
“Forbes” bütün qənaətləri alt-üst edən “2020-ci ildə Azərbaycan Qran Prisinin keçirilib-keçirilməyəcəyi məlum deyil” sərlövhəli yazısını Ovqat.com oxucularına təqdim edirik.
Bu il Formula-1 üzrə Azərbaycan Qran Prisi keçirilməyə bilər. Hər halda, paytaxt Bakı şəhərinin küçələrində keçirilməli olan yarışın təşkilatçısı belə düşünür. Əslində, bu ilin iyununda keçirilməsi planlaşdırılan Azərbaycan Qran Prisi koronavirus pandemiyası üzündən təxirə salınıb. Azərbaycanda xəstəliyə 1340 nəfər yoluxub, təxminən 15 nəfər isə həyatını itirib.
Azərbaycan Qran Prisi bu il ölümcül virusa görə təxirə salınmış 9 qran pridən biridir. Avstraliya və Monako qran prilərisə hələ təxirə salınmayıb. Formula-1 rəsmiləri ötən ay bildiriblər ki, yarışların yayda baş tutacağına ümid qalmaqdadır. Yarışın idman direktoru Ross Braun isə mövsümün Avropada başlamasının daha münasib olduğunu deyir.
Azərbaycanda pandemiya ilə bağlı vəziyyət o qədər də ağır deyil. Neftlə zəngin olan bu ölkə Avropanın ən ucqar hissəsində yerləşir və burada koronavirusdan yoluxma halı digər ölkələrlə müqayisədə çox azdır. Amma Azərbaycan Qran Prisinin təşkilatçısı hesab edir ki, bunun qələbə formulu kimi qəbul edilməsi tezdir.
“Bu il yarışa ev sahibliyi edib-etməyəcəyimiz məlum deyil”, - deyə Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov bildirir. Onun sözlərinə görə, yarışa hazırlıq üçün komandasına ən azı 10-12 həftə lazımdır. İcraçı direktor deyir ki, Azərbaycan Qran Prisinin soyuqlar düşənədək (oktyabrın ortasına qədər) keçirilməsi vacibdir.
Bu gün Azərbaycan Qran Prisi sanki zamanla yarışır. Sərhədlərin nə vaxt açılacağı, ölkələrin koronavirus pandemiyasından nə vaxt xilas olacağı məlum deyil. Bundan başqa, Formula-1 yarışının keçirilməsi üçün ev sahibinin vəziyyətilə yanaşı, komandaların bazalarının olduğunu Böyük Britaniya, İtaliya və İsveçrədəki vəziyyətə də aydınlıq gəlməlidir. Bu ölkələrdə koronavirusa yoluxma halları davam edəcəksə, demək, komandaların personalları da xəstəliyə yoluxa, nəticədə yarış yenə təxirə düşə bilər. Məsələn, ötən ay “Maklaren” komandası üzvünün koronavirusa yoluxduğu Avstraliya Qran Prisinin start götürməsindən 2 gün əvvəl məlum olmuş, nəticədə yarış təxirə salınmışdı. Formula-1 rəhbərliyi bir sıra digər yarışları da təxirə salıb. Arif Rəhimovsa deyir ki, onlar bu vəziyyətin Bakıda da təkrarlanmaması üçün bütün tədbirləri görüb.
“Forumla 1-lə müqaviləmizə əsasən, yarışın təxirə salınması üçün səbəb olmazsa, biz Azərbaycan Qran Prisinin keçirilməsinə razı olacağıq”, - deyə Bakı Şəhər Halqasının icraçı direktoru vurğulayır.
Yeri gəlmişkən, Azərbaycan Qran Prisi 2016-cı ildən keçirilir. Yarış futuristik göydələnlər və tarixi 12-ci əsrə uzanan qalaların yer aldığı Bakının mərkəzi küçələrində təşkil edilir. Bakıda Formula-1 trekinin inşasına illik təxminən 30 milyon dollar tələb olunur. Odur ki, Arif Rəhimov artıq pul xərcləmək niyyətində deyil. Bununla yanaşı, icraçı direktor yarışın son anda ləğvi təhlükəsinin olduğu vəziyyətdə buna getmək istəmir.
“Əgər yuxarıda qeyd etdiyimiz şərt yerinə yetirilərsə, yenidən əla yarış keçirə bilərik. Yarışın keçiriləcəyi təqdirdə bilet satışının zəif olacağını düşünmürük”, - deyə A.Rəhimov bildirir.
Rəhimovun Formula-1 yarışın ən ağıllı təşkilatçılarından olmasının səbəbi məhz belə ehtiyatlı davranmasıdır. Azərbaycan Qran Prisi ən yaxşı küçə yarışıdır və o, Azərbaycanı qlobal idman tədbirləri keçirən ölkələr siyahısına salmaqla yanaşı, onun iqtisadiyyatına da töhfə verib.
Bakıda ilk yarışdan əvvəl ümumilikdə 4500 kvadrat metrlik yol təmir olunmuşdu. “PricewaterhouseCoopers” (PWC) beynəlxalq audit şirkətinin son hesabatına əsasən, Formula-1 yarışı Azərbaycana yerli tikinti sənayesini 181,4 milyon dollar artırmağa və yeni iş yerləri yaratmağa imkan verib. 2016 və 2017-ci illərdə keçirilmiş Azərbaycan Qran Prisi zamanı 5000-10000 arası qısamüddətli və ortamüddətli iş yerləri açılmışdı. Ötən iki ildə isə ölkədə daha 7500 iş yeri aşılmlşdı. Başqa sözlə, Formula-1 yerli əmək bazarına birbaşa töhfə verir.
PWC-nin hesabatına görə, yarışın keçirildiyi gündən etibarən Azərbaycan ümumilikdə 506,3 milyon dollar gəlir əldə edib. Onun müsbət effekti bütün sahələrdə hiss edilir.
Hesabatda qeyd olunur ki, Formula-1 yarışının ölkə iqtisadiyyatına təsiri özünü müxtəlif sektorlarda göstərir. Məsələn, otel, kirayə mənzil, qida, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdansatış ticarəti, elektrik enerjisi, qaz və su kimi kommunal xidmətlər.
Əlbəttə ki, bu gəlirlərin əldə edilməsinin aparıcı qüvvəsi Formula-1 yarışının azarkeşləridir. 2019-cu ildə yarışı izləmək üçün Azərbaycana 85 min turist gəlmişdi. Rəhimov düşünür ki, bu gün dünyanı iflic etmiş karantin gələcəkdə Formula-1 yarışlarına daha çox azarkeşin cəlbinə töhfə verəcək: “Karantindən çıxdıqdan sonra əyləncə sahəsində yüksək artımın şahidi ola bilərik. Aylarla evdə oturmuş insanların vəziyyətini təsəvvür edin... Formula-1 təqvimində daha az yarışın olacağını nəzərə də alsaq, tərəfdar ən tez keçiriləcək yarışlara getmək istəyəcək”.
Əlbəttə ki, xaricə səfərin asan olacağını söyləmək çətindir. Bununla yanaşı, A.Rəhimov hesab edir ki, koronavirusa qalib gəlindikdən sonrakı ilk dövrlərdə insanlar şok vəziyyətində ola və çoxsayda insanın olduğu tədbirlərə getməkdən imtina edə bilər: “Gözlənilən iqtisadi eniş də ailələrin gəlirlərinin azalması ilə nəticələnəcək. Ailələrsə gəlirlərini əsasən əyləncəyə xərcləyir”.
Beləliklə, Rəhimov yarışın keçirilməsinə hazırlıq üçün ən azı 10 həftə tələb edir. Odur ki, Formula-1 rəhbərliyi Azərbaycan Qran Prisilə bağlı qərarını uzağı avqustun ortasınadək verməlidir. Demək, Azərbaycan Qran Prisinin finişə çatıb-çatmayacağını çox gözləməyəcəyik.
Forbes, ABŞ
Kristian Zilt
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar