Xəbər lenti


Dağlıq Qarabağ səmasında Azərbaycana aid pilotsuz uçan aparat (PUA) vurulub.

Ovqat.com Ermənistanın rəsmi xəbər agentliklərinə istinadən bildirir ki, məlumatı qondarma “respublika”nın “müdafiə nazirliyi” yayıb. 

Məlumata görə, vurulan PUA “Orbiter” markalı pilotsuz təyyarədir və kəşfiyyat məqsədilə təmas xəttində uçurmuş.



Qeyd edək ki, İsrail istehsalı olan “Orbiter”-in qiyməti 1 milyon dollardır. Məlumat doğrudursa, ermənilər Dağlıq Qarabağda bizi öz qanlarının bahası qədər zərərə uğradıblar. Halbuki Dağlıq Qarabağ Azərbaycanın ərazisi olduğundan ordumuzun təmas xəttində PUA uçurmasından təbii heç nə ola bilməz. Xəbər öz təsdiqini taparsa, Azərbaycanın dövlət suverenliyinin növbəti erməni təxribatına məruz qaldığı faktı ortaya çıxacaq. Azərbaycanın bu təxribata cavabı ağır olmalı, Ermənistan Silahlı Qüvvələrinin bizim ərazimizdə bizim hərbi arsenalımızı vurmasının bədəli layiqincə ödənilməlidir.



XİN-nin bu gün yaydığı məlumata görə, nazir Elmar Məmmədyarov öz erməni həmkarı ilə videokonfrans keçirib. Həmin videokonfransda bu hadisənin müzakirə olunub olunmadığını bilmirik. Edilibsə, Azərbaycanın Ermənistana təpkisi yerli və beynəlxalq ictimaiyyətdən gizlədilməməli, lazımi ölçü götürülməlidir. Edilməyibsə, bu, daha pis. Fikrimizcə, hörmətli nazirin bu yaxınlardan ingilis mətbuatına verdiyi açıqlamada qeyd etdiyi kimi, ermənilərə verilən reaksiya yalnız qınaqla kifayətlənməməli, özbaşınalığa adekvat olmalıdır.




Ana səhifəyə qayıt        Baxış: 6 686          Tarix: 21-04-2020, 20:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma