Xəbər lenti

 
Neçə gündür Azərbaycan ictimaiyyəti Xarici İşlər naziri Elmar Məmmədyarovun erməni həmkarına adekvat cavab verməməsindən danışır. Azərbaycanın bir çox deputatlarından tutmuş partiya sədrlərinə qədər müxtəlif kəsimlərin səsləndirdiyi bu ittihamlara, nəhayət, XİN-dən cavab verən tapıldı. 
Ovqat.com-un məlumatına görə, Nazirliyin Mətbuat katibi Leyla Abdullayeva Real TV-yə müsahibəsində ittiham sahiblərinə çox önəmli mesajlar verdi. 
 
Onun əsas mesajları isə bunlardan ibarət idi: 
 
  • XİN bu zamanadək eyni ritorika ilə Ermənistanla danışıqlar aparıb. 16 ildir yatan deputatlar və partiya liderləri niyə indiyə qədər bu “qəbahətləri” görmürdü, amma birdən-birə hamı qəflət yuxusundan oyandı və xora qoşuldu?
 
  • XİN xarici siyasət kursunu müəyyənləşdirmir. Qurum sadəcə dövlət başçısının müəyyən etdiyi siyasəti yürüdür. Başqa sözlə desək, tənqidlərin əsl hədəfi də  XİN deyil.
 
Leyla xanımın kifayət qədər əsaslandırılmış və səlis üslubla dilə gətirdiyi fikirlərini təqdim edirik. 
 





Ana səhifəyə qayıt        Baxış: 5 392          Tarix: 26-04-2020, 00:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma