Xəbər lenti

 
Məşhur bir deyim var: “Sən mənim ayaqqabımı geyinə bilərsən, amma mənim yerişimi yeriyə bilməzsən”.
İsveçrənin Azərbaycan ayaqqabısı geyib-geymədiyini deyə bilmərik. Amma o, 100 faiz, Azərbaycan yerişi yeriməyə qərar verib.


Xatırlayırsınızsa, bir müddət əvvəl Azərbaycan hökuməti ölkəmizin ən görəmli və simvolik anlam daşıyan binasını – Heydər Əliyev Mərkəzini koronavirusa ən çox qurban verən ölkələrin bayrağına boyayırdı. İşıq effekti ilə bina üzərinə yasıdılan bayraqların dalğalandırılması ölkələrə mənəvi dəstək, təsəlli kimi qəbul olunur və pandemiyanın yayıldığı bu günlərdə zərərçəkmişlər tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanırdı. 



Heydər Əliyev Mərkəzindən bu yolla Çin, İran, Türkiyə, ABŞ və s. ölkələrə dostluq mesajları göndərən Azərbaycanın həmin təşəbbüsü, belə görünür ki, İsveçrədə də ciddi maraq oyadıb. Dünən Avropanın bu ölkəsi də Azərbaycan yerişi yeriməyə cəhd edib.
Sözsüz ki, İsveçrədə Heydər Əliyev Mərkəzi olmadığından onlar da məcbur qalıb bizim yerişimizi Alp dağlarında sınaqdan çıxarıblar.  
Ovqat.com-un məlumatına görə, İsveçrə dünən axşam Matterhorn zirvəsini Türkiyə bayrağına “boyayıb”. 



Qeyd edək ki, Avropanın ən yüksək nöqtəsi sayılan Matterhorn zirvəsi dəniz səviyyəsindən 4 min 478 metr yüksəkdə yerləşir. Zirvə İtaliya ilə İsveçrənin bir-birindən ayırır. Azərbaycan addımlarının məhz sözügedən zirvədə atılması bu baxımdan təsadüfi deyil. Zira İtaliya Avropanın koronavirusa ən çox qurban verən ölkəsidir. Koronavirus qurbanlarına italyanların gözü qarşısında “təsəlli verilməsi” təlqin olunan  fikrin dəyərini birə-beş artırır.



Eynilə Azərbaycanda olduğu kimi Matterhorn zirvəsinin bayrağa “boyama” işi də işıq effektilə yaradılıb. Düzdür, bizdəki kimi möhtəşəm dalğalanma olmasa belə, İsveçrənin bu təqlidi də pis alınmayıb. 
Yəni ayaqqabımızı geyməsələr də, isveçrəlilər Azərbaycan yerişi yeriyə biliblər.


Ana səhifəyə qayıt        Baxış: 2 899          Tarix: 26-04-2020, 13:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma