
Xəbər lenti
Bu gün, 20:21
Bu gün, 19:15
Bu gün, 17:52
Bu gün, 14:58
Bu gün, 13:41
Bu gün, 12:50
Bu gün, 11:26
Bu gün, 09:06
Bu gün, 00:04
Dünən, 17:25
Dünən, 10:15

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun erməni həmkarıyla aprelin 21-də keçirdiyi videokonfransda koronavirusdan danışması, belə görünür ki, təkcə bizim siyasiləri deyil, dünya ictimaiyyətini də əməlli-başlı şoka salıb. Halbuki hər kəs Azərbaycan tərəfinin bu vəziyyətdən faydalanıb Dağlıq Qarabağda “seçki” keçirən düşməninə özgə torpaqda at oynatmağın nə demək olduğunu başa salacağını gözləyirmiş. Münaqişə bölgəsində isə tam əksi baş veriv: “hərbi toqquşmaların sayında azalma yaşanıb”. Hər halda bunu biz yox, ABŞ-ın Eurasianet.org nəşri iddia edir.
Ovqat.com, saytın analitiki Coşua Kuçeranın “Koronavirus Ermənistan-Azərbaycan qarşıdurmasını səngidib” sərlövhəli məqaləsini təqdim edir:

Koronavirusun yayılmağa başlamasından sonra Ermənistanla Azərbaycan arasındakı münaqişə bir qədər səngiyib. Halbuki, ilk günlərdə tərəflərdən birinin və ya hər ikisinin bu vəziyyətdən hərbi üstünlük qazanmaq üçün istifadə edə biləcəyinə dair narahatlıq var idi.
Hər halda, ötən ay atəşkəs rejiminin pozulması nəticəsində 3 əsgər və 1 mülki vətəndaş yaralanıb (hamısı erməni), lakin ölüm halı qeyd alınmayıb. Halbuki, keçmişdə tərəflər bu aylarda daha çox itki verirdilər. Yəni ötən illərdə yaz aylarında təmas xəttində zorakılıq halları daha güclü olub. Beynəlxalq Böhran Qrupu da ötən illərlərin yaz fəslilə müqayisədə 2020-ci ilin bu dövründə hərbi toqquşmaların sayında azalmanın olduğunu açıqlayıb. Qrup etiraf edir ki, vəziyyətin belə sakit olacağını o da proqnazlaşdıra bilməyib.
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminə necə əməl olunduğunun monitorinqini aparan beynəlxalq qrup bu il martın 19-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını bəyan edib. Səbəb kimi koronavirus pandemiyası göstərilir. Bu qərardan dərhal sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik edən, Fransa, Rusiya və ABŞ-ın həmsədr olduqları ATƏT-in Minsk qrupu tərəfləri bu dövrdə gərginliyi artıra biləcək addımlardan çəkinməyə çağırmışdı.
“Müəyyən narahatlıq var idi. Guman olunurdu ki, tərəflərdən hansısa monitorinqin dayandırılmasını fürsət saya bilər. Yaxud, tərəflərdən biri digərinin bu vəziyyəti fürsət saya biləcəyindən narahatlıq keçirə bilərdi. Bir sözlə, qeyri-müəyyən vəziyyət yaranmışdı”, - deyə Dağlıq Qarabağ münaqişəsilə yaxından tanış olan, lakin adının çəkilməsini istəməyən qərbli diplomat nəşrimizə bildirib.

Yeri gəlmişkən, BMT-nin baş katibi Antonio Qutyerreş də koronavirus pandemiyası dövründə “qlobal atəşkəs çağırışı” edib. Yerevan bu çağırışı qəbul etdiyini desə də, Bakı məsələyə münasibət bildirməyib.
Qərbli diplomat düşünür ki, bu gün tərəflər üçün Qarabağ uğrunda mübarizədənsə, daxildə koronavirusla mübarizə aparmaq daha vacibdir. Bundan başqa, 2018-ci ildə tərəflər arasında yaradılmış yüksəksəviyyəli birbaşa rabitədən bu gün də istifadə edilir. Bu isə gərginliyin neytral vasitəçilər olmadan belə, azaldılmasına yardım edir.
“Koronavirus pandemiyası hər iki tərəfi ehtiyatlı davranmağa vadar edir. Hər halda, bu gün hər iki ölkənin rəhbərliyi üçün əsas prioritet əhalinin sağlamlığı, təhlükəsizliyi, bir sözlə, bu böhranla mübarizə olmalıdır. Bununla yanaşı, pandemiya dövründə hər hansı avantürist addım çox təhlükəli ola və təxminedilməz nəticələrə yol aça bilər. Bu iki ölkənin liderləri arasında birbaşa rabitə olmasaydı, tərəflər yaşananları səhv də təhlil edə bilərdi”, - deyə qərbli diplomat əlavə edib.

İstər Ermənistan, istərsə də Azərbaycanın hərbi məsələləri mümkün qədər gizli saxlayır. Odur ki, onların ordusunda koronavirusla mübarizə məqsədilə hansı tədbirlər görüldüyü haqda geniş məlumat yoxdur. Məlum olan odur ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə hər iki ölkədə əsgərlərin ailə üzvlərilə görüşünə məhdudiyyət qoyulub. Azərbaycanda ordu sıralarından təxris belə, təxirə salınıb.
Amma hər iki ölkə mətbuatında yer alan xəbər və fotolardan məlum olur ki, hərbçilər arasında sosial məsafənin qorunmasına o qədər də ciddi diqqət göstərilmir. Yalnız əsgərlərin mülki əhalilə ünsiyyət zamanı maska taxdıqları görünür. Tərəflər hərbi təlimləri də davam etdirir.
Yerevan son günlərdə 6 əsgərin koronavirusdan sağalaraq orduya qayıtdığını açıqlayıb. Ölkədə ümumilikdə neçə əsgərin xəstəliyə yoluxduğu isə açıqlanmır.
Azərbaycana gəlincə, orada da əsgərlərin bu virusa yoluxub-yoluxmadığı haqda heç bir məlumat yoxur.

Koronavirus pandemiyasının Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqlar prosesinə təsiri isə ortadadır. Məlum olduğu kimi, bu gün beynəlxalq səfərlərlə bağlı çətinliklər var və hər şəraitdə sosial məsafənin qorunmasına böyük ehtiyac duyulur. Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında belə çətin günlərdə, daha dəqiq desək aprelin 21-də ilk dəfə videokonfrans keçirilib. ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçən konfransda müzakirə mövzularından biri də həbsdə olan şəxslərin ailələrilə görüşünün təşkili, jurnalistlərin qarşılıqlı səfərləri daxil olmaqla, tərəflər arasında etimadın yaradılması tədbirlərinin həyata keçirilməsi olub.
“Razılaşdırılmış humanitar tədbirlər təxirə salınıb. Nazirlərin şəxsi görüşləri, həmsədrlərin regiona səfəri də başqa vaxta qalıb. Bununla belə, görüləcək tədbirlərə hazırlıq davam edir”, - deyə xarici işlər nazirlərinin birgə bəyanatında bildirilir.

Bəzi ekspertlər xarici işlər nazirlərinin alternativ görüşünün təşkilini müsbət qiymətləndirir. Məsələn, Yerevanda fəaliyyət göstərən Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Qiraqosyan deyir ki, “videokonfrans formatına keçid “dalana dirənmiş” danışıqlar perosesinə yeni impuls verə bilər”. Onun fikrincə, belə videokonfranslar çox mühüm əhəmiyyət kəsb edir: “Bu, diplomatik təmas üçün yeni imkanlar deməkdir. Əgər belə formatda görüş tez-tez, məsələn, hər ay keçirilərsə, daha məhsuldar ola bilər. Bundan başqa, belə videokonfransda qeyri-formal olaraq münaqişənin bütün tərəfləri iştirak edərsə, konstruktiv xarakterli müzakirə alına bilər”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar