Xəbər lenti
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
21-12-2024, 14:22
21-12-2024, 13:41
21-12-2024, 12:35
“Sən çox əl-ayağa düşürsən, “millətim, millətim” deyə-deyə. Ağıllı ol. Bax, İstanbulda harda yaşadığın belə, bizə məlumdur. Səni gecə ilə yox elətdirərik”.
Ovqat.com xəbər verir ki, bu təhdid dolu mesaj İstanbulda yaşayan Azərbaycan vətəndaşı Məmmədov Habil Yusif oğluna göndərilib.
Kim tərəfindən göndərilsə, yaxşıdır? Yox, yox, düz tapmadınız; bu mesajı göndərən Türkiyənin yeraltı dünyasının kralı Sedat Peker deyil. Heç Azərbaycanın ən ünlü kriminal adamı Lotu Qulinin də ağlına belə təhdidkar mesaj gələ bilməzdi. Bəs, o zaman kimdir axı? İnanmayacaqsınız, Azərbaycanın Ankaradakı Səfirliyi. O səfirlik ki, Prezident İlham Əliyevin qardaş ölkədəki bir nömrəli təmsilçisi sayılır.
Yəqin düşünəcəksiniz ki, mesaj da elə ölkə başçısının hansısa marağını qorumaq üçün göndərilib. Yenə də yox. Səfirlik koronavirus pandemiyası ortaya çıxan gündən Azərbaycan dövlət strukturlarına tabe olmadığını rəsmən bəyan etmiş və paylaşdığı açıqlama ilə iqamətgahlarının Bakıda deyil, Ankarada yerləşdiyini rəsmilərimizə xatırlatmışdı. Başqa sözlə desək, “biz sizlik deyilik, burası da heç Azərbaycan deyil” mesajı vermişdi.
Maraqlıdır ki, Məmmədov Habil Yusif oğluna göndərilən mesajda da bu xüsus öz əksini tapıb: “Özün bilirsən ki, bura Türkiyədir. Səni yox elətdirərik. Millətin halına yanan olubsan? Elə eləmə sənə bu Türkiyəni dar edək. Ağıllı ol, otur yerində. Nəyinə lazımdır kimə nə ödədik, nə ödəmədik. Sənə son xəbərdarlığımızdır bu! Gerisini özün bil”.
Bu ağır təhdidkar mesajın səbəbinə gəlincə. Məmmədov Habil Yusif oğlunun bildirdiyinə görə, Azərbaycan dövləti Türkiyədə çarəsiz qalan vətəndaşlarına yardım üçün vəsait ayırır, oradakı rəsmi nümayəndəliklər isə həmin yardımların bir qismini ünvanına çatdırır, əksər qismini isə öz aralarında bölürlər. Vətəndaş da buna qarşı çıxdığı üçün yox edilməklə təhdid olunur.
Gəlin, təfsilatı onun öz dilindən eşidək:
Ümidvarıq ki, nazirə edilən hücumlara operativ cavab vermək bacarığı ilə ictimai təqdir qazanan XİN-nin mətbuat katibi Leyla xanım Abdullayeva keçmiş sələfinin bu biabırçılığına da aydınlıq gətirər. Hələ də deməyə söz qalıbsa, əlbəttə.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar