Xəbər lenti
Bu gün, 19:15
Bu gün, 16:00
Bu gün, 14:00
Bu gün, 12:20
Bu gün, 11:58
Bu gün, 10:08
Bu gün, 09:13
Dünən, 22:59
Dünən, 20:27
Dünən, 17:30
Dünən, 16:22
Dünən, 15:30
Dünən, 14:19
Dünən, 12:54
Dünən, 11:29
Dünən, 10:13
“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qarabağ nizamlanmasına dair onlayn danışıqları ilə eyni vaxtda Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov əsl “bomba parltladıb””.
Ovqat.com-un məlumatına görə, Rusiyanın “ROSBALT” nəşrinin yazarı İrina Corbenadzenin fikrincə, bu “partlayış” A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun dəyirmi masasında baş verib.
Müəllif “Yerevanda Lavrovu niyə “Leninin davamçısı” adlandırdılar?”sərlövhəli məqaləsində Rusiya Xarici İşlər nazirinin “bombası” barədə yazır:
“Yerevanda iddia edirlər ki, bu “partlayıcı qurğu” açıq-aşkar antierməni və Azərbaycanpərəst xarakter daşıyır.
Başlayaq Zöhrab Mnasakanyanla Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin iştirakı ilə keçirilmiş danışıqlarından.
ATƏT-in rəsmi saytında yerləşdirilmiş məlumata görə, tərəflər Qarabağ məsələsinin həllilə bağlı müzakirələri davam etdirmək, ilk fürsətdə növbəti görüşü təyin etmək barədə razılığa gəlib. Həmçinin qeyd edilir ki, koronavirus pandemiyası səbəbindən humanitar tədbirlər, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin təkbətək görüşləri və həmsədrlərin bölgəyə səfərləri təxirə salınsa da, onların həyata keçirilməsinə hazırlıqlar davam edir. Bundan başqa, atəşkəs rejiminə əməl olunmasının və “qlobal böhran” şəraitində təxribatlara yol verməməyin vacibliyi də vurğulanır.
Lavrov “bomba”sının sirri
Əslində görüşdən sonra yayılmış belə “hamar” məlumata bəlkə də heç kəs əhəmiyyət verməzdi, əgər Lavrov Qarabağ nizamlanması ilə bağlı “sirr”i açmasaydı. Lavrov bildirib ki, ötən ilin aprelində Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilmiş görüşündə Qarabağ münaqişəsinin mərhələli həllilə bağlı sənəd qəbul edilib. Nazirin sözlərinə görə, plana görə, ilk mərhələdə Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun azad edilməsini, nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların açılması nəzərdə tutulur. “Bəli, onlarda (sənədlərdə) Azərbaycanın ərazi bütövlüyü təsdiqlənir… O vaxtdan danışıqlar davam etdirilir və artıq bir neçə görüş keçirilib”, - deyə Lavrov bildirib.
“Paşinyan “vətəni” satır”
Onun sözləri Ermənistanda qəzəblə qarşılanıb. “Bu necə olur?”, - deyə ermənilər soruşur: Belə çıxır ki, hakimiyyət gizlincə “vətəni satır?”. Bu vəziyyəti görən Mnaskakanyan tələsik bəyanat verərək, deyilənləri inkar edib. O, bildirib ki, Nikol Paşinyanın başçılıq etdiyi yeni hökumət danışıqları “həddindən artıq şəffaf” aparır, mərhələli həllə bağlı yanaşmalar 2014-2016-cı illərə aiddir və o vaxtkı təşəbbüslər artıq “danışıqlar masası üzərində” deyil.
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Nağdalyan isə daha açıq danışıb. O, “Kommersant”a müsahibəsində mərhələli həll variantının Ermənistan üçün qəbuledilməz olduğunu söyləyib. Nağdalyanın sözlərinə görə, ölkəsi 2018-ci ildən bu istiqamətdə danışıqlar aparmır. Maraqlıdır ki, adətən çox danışan və sosial şəbəkələrdən yeri gəldi-gəlmədi fəal istifadə edən Nikol Paşinyan Lavrovun dediklərini nə təsdiq, nə də təkzib edib. Yerevanda isə bunu məhz ondan tələb edirlər.
Azərbaycanın səbri tükənməz deyil
Bu yerdə sual yaranır: elə isə, Ermənistanın “inqilabi hakimiyyət”i Azərbaycan tərəfi ilə söhbətlər zamanı, həmçinin Rusiya və digər həmsədrlərin iştirakı ilə aparılan danışıqlarda 2 ildir nədən danışır? Tərəflər hələ də bir-biri ilə tanış olur, yoxsa Bakı ilə Yerevanın hava durumunu müzakirə edirlər? Bəlkə həqiqətən, işğal olunmuş 7 rayondan 5-nin Azərbaycana qaytarılmasının detalları müzakirə olunur? Birincisi, ən ədalətlisi elə bu olardı. İkincisi isə bu, uzaq gələcəkdə də olsa, Qarabağın statusunun müzakirəsinə yol açardı.
Nəhayət bu, regionu yeni irimiqyaslı hərbi əməliyyatlardan xilas edərdi. Hər halda, Azərbaycanın səbri tükənməz deyil və bölgədə döyüşün nə vaxt başlaya biləcəyini heç kəs bilmir. Xüsusən maraqlıdır ki, bu savaşın kimin “xeyir-duası” ilə başlaya biləcəyi, bundan regiondan kənar oyunçulardan kimin və hansı formada hərbi-siyasi divident qazanacağı da məlum deyil.
Hələliksə görünən odur ki, Ermənistan XİN-nin tutduğu mövqe ya danışıqlar prosesində real vəziyyətin gizlədilməsinə (yəni Lavrov yalan deməyib), ya da prosesi pozmaqla, münaqişə bölgəsində status-kvonun qorunub-saxlanılmasına hesablanıb. Amma bu variantların heç biri Ermənistana yaxşı nəsə vəd etmir.
Lavrovun Leninə nə dəxli var?
Daha bir xüsusu da qeyd edək: Ermənistan özünün real və xəyali bəlalarının hamısında Rusiyanı günahlandırmaqdadır. Son hadisələr zamanı, yəni başıbəlalı “Lavrov planı”ndan danışılarkən isə Lavrovu “dünya proletariatının rəhbəri”nə belə, bənzədənlər tapılıb. Məsələn, Ermənistan parlamentinin keçmiş deputatı Azat Arşakyan “Lragir”ə müsahibəsində Lavrovun sözlərini belə şərh edib: “Onların Dağlıq Qarabağla bağlı bütün formullarını Lenin və Atatürk, Stalin və Trotski verib və Rusiya bu formulalara sadiqdir. Lakin, azad və suveren Ermənistanı tanıyan ölkələr Rusiyanı “təpikləyir”, o isə incik şəkildə bizə mesajlar verir. Buna qatlaşmaq lazımdır”.
Bəs Azərbaycan? Onların erməni həmkarlarına cavabı təmkinli olsa belə, bu da Yerevanda qeyri-adekvat reaksiya yaradıb. Azərbaycan XİN-nin məlumatında deyilir: “Yaxşı olardı ki, Ermənistan hakimiyyəti sülh prosesi barədə ölkə əhalisini məlumatlandırsın, onun sülhə hazırlanması üçün addımlar atsın”. Yerevanın mərhələli həllə bağlı danışıqlar aparmadığı haqda bəyanatını isə Azərbaycanın xarici siyasət idarəsi gülməli adlandırır. Bakıda hesab edirkər ki, burada məqsəd erməni ictimaiyyətini sakitləşdirməkdir.
Məmmədyarovun “dişsizliyindən” erməni ictimaiyyəti də xəbərdardır
Bu arada, Azərbaycan tərəfinin bəzi bəyanatları ermənilərə qeybət üçün əsas verib. Məsələn, “Haqqın.az”ın məlumatına görə, Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan XİN-nin Mnatskakanyanın bəyanatına cavabını tənqid edib. “Haqq bizim tərəfimizdə olduğu halda, nə üçün hücum etmək əvəzinə müdafiə olunuruq?”, - deyə deputat bildirib. O, Azərbaycanın xaricdəki diplomatik missiyalarını da tənqid edib.
Bakıdan gələn bu tip xəbərlər erməni tərəfinə bəzi iddialarla çıxış etmək üçün əsas verib. “Lragir”dən sitat: “Azərbaycan parlamentinin deputatları durmadan deyirlər ki, “Məmmədyarov dişsizdir və Əliyevin siyasətin dəstəkləyə bilmir”, sonuncu isə Lavrovun bəyanatından sonra öz xarici işlər nazirinə “misli görünməmiş hücum” edir. Amma əslində, adama elə gəlir ki, Lavrov Bakının diplomatik qələbəsini anons etmişdi və sanki bundan sonra Əliyev… papağını göyə atmalı idi. Lakin məlum olur ki, rusiyalı nazir sadəcə Azərbaycanın tələyə düşdüyünü təsdiqləyib”.
Bakını qıcıqlandırmaq olmaz. Bu, təhlükəlidir!
Təbii ki, bu deyilənlərdə məntiq yoxdur. Bu, sadəcə rişxənd və Azərbaycanın siyasi spektrinə parçalanma salmaq cəhdləridir. Görünür, Yerevana daha çox Lavrovla Məmmədyarovun açıq kobudluq etməsi sərf edərdi – “höcətləşmə” daha çox olar və bunun fonunda nizamlama məsələsi bir müddət arxa plana keçərdi. Lakin burada ən azı iki amili nəzərə almayıblar. Birincisi, pişiyi torbada gizlətmək olmaz – bunu Ermənistanın keçmiş milli təhlükəsizlik naziri, hazırda müxalifətdə olan siyasətçi David Şahnazaryan da təsdiqləyib. O, “News.am”a müsahibəsində (müsahibənin Azərbaycan dilinə tərcüməsi ilə bu linkdə tanış ola bilərsiniz – Ovqat.com) bildirib ki, “mərhələli həll variantı ətrafında danışıqlar yekun tura yaxınlaşmaqdadır” və artıq “sənəd imzalanmalıdır”. Onun sözlərinə görə, Lavrov təkcə öz adından yox, ATƏT-in Minsk qrupunun həmsədrləri adından danışıb. Şahnazaryanın fikrincə, Ermənistanın yeni hakimiyyəti dövründə təkcə Qarabağ problemində deyil, bütün xarici siyasətdə “biabırçı vəziyyət” hökm sürür.
İkincisi, Azərbaycanda artıq həm “xalq arasında”, həm də hakimiyyətin müxtəlif səviyyələrində problemin dinc yolla nizamlanacağına çox az adam inanır. İndi, onlar daha çox hərbi həll yoluna ümid edir. Odur ki, Bakını qıcıqlandırmaq olmaz. Bu, təhlükəlidir!
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar