Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Dünya bazarında neftin fyuçers qiymətləri yüksəlməyə başlayıb.
Ovqat.com xəbər verir ki, dünəndən başlayan bahalaşma bu gün də davam edir.
Hazırda Nyu-York Əmtəə Birjasında iyun ayına nəzərdə tutulan bir barrel xam neftin fyuçers qiyməti 4.14% artışla 20,45 dollar / barrelə qədər bahalaşıb. Yazı qələmə alındığı sıralarda WTI markalı neft 19.11 dollar / barrelə təklif olunurdu.
Londonun ICE birjasında da artım qeydə alınıb. Birjada Brent markalı neftin bir barrelinin iyul ayına olan fyuçers qiyməti 27.80 USD səviyyəsinə qədər artıb. Daha sonra isə yenidən 26.44 dollar/barrelədək enib.
“Azeri Light” markalı neft isə dünən Ceyhan limanında 17.67 dollar/barreldən satılıb.
“Azeri Light”-ın digər neft növləri ilə müqayisədə ucuz satılması onu göstərir ki, “qara qızılın” fyuçers (bir neçə ay sonraya hesablanmış nəzəri satış) müqavilələrindəki yüksək qiyməti hələ də real alış-verişdə öz əksini tapmayıb. Xatırladaq ki, SOCAR rəsmilərinin də etiraflarına görə, neftimiz uzun vədəli kontraktlarla deyil, “günəmuzd” qaydasında satılır. Bu baxımdan neftin hazırkı dövrə olan real qiymətini “Azeri Light” satışlarındakı rəqəmlər daha yaxşı əks etdirir.
Mütəxəssislər də real bazarda neft qiymətlərinin yaxın dövlərdə sabitləşəcəyinə inanmırlar. Bu inamsızlıq isə neftə tələbatın ciddi şəkildə azalmasından irəli gəlir. Beynəlxalq Enerji Agentliyinin (IEA) “Qlobal Enerji Qiymətləndirmə Hesabatı”na görə, 2019-cu ilin birinci rübü ilə müqayisədə cari ilin eyni dövründə qlobal neft tələbatı 13 faiz azalıb.
Ən ciddi azalma isə nəqliyyat sektorunda baş verib. IEA-nın hesablamasına inansaq, qlobal miqyasda avtomobil yanacağına tələbat 33% və aviasiyada istifadə olunan reaktiv yanacağa tələbat isə 28% azalıb. Bu da cari ilin ilk rübündə qlobal neft bazarında təklifin tələbi üstələməsinə yol açıb və indiki qiymət tənəzzülünə gətirib çıxarıb.
Məlumat üçün bildirək ki, dünya neft istehlakının 57% -i nəqliyyat sektorunun payına düşür. Bu səbəbdən də nəqliyyat sektorunda 30% azalma ümumi neft təlabatının təxminən 19-20% geriləməsi mənasına gəlir. Görünür, OPEC+ ölkələri də məhz bu amili nəzərə alıb qlobal hasilatda 23% - gündəlik 9.8 milyon barrel kəsintiyə qərar verdilər.
Hesabatda neftə tələbatın OPEC+ ölkələrinin qəbul etdiyi kəsintiləri üstələyəcəyi də istisna olunur. Bildirilir ki, 2020-ci il aprel ayından etibarən neftə tələbat gündəlik 29 milyon barrel azalacaq. Bu isə 23%-ə təqabül edən 9.8 milyon barreldən hardasa 3 dəfə çoxdur. Maraqlıdır ki, Yaponiyanın Mizuho bankının neft analitiki Paul Sanki də bənzər proqnozla çıxış etmişdi. Onun sözlərinə görə, OPEC+ ölkələri neft bazarında qiymətləri tənzimləmək istəyirdilərsə, gündəlik 10 milyon yox, 20-30 milyon barrelə qədər kəsintiyə getməli idilər. Əks halda neftin qiymətləri yenidən sıfırın altına düşə bilər.
EIA proqnozları isə daha nikbindir. Agentliyini proqnozlarına görə, neftin qiymətləri cari ilin ikinci yarısından tədrici bərpa prosesinə başlayacaq. Bununla belə, ilin sonuna qədər böhrandan əvvəlki səviyyələrə yüksələ bilməyəcək.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar