Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Rəşad AYDIN
“Ölü dirildi”
Kim Cen In 20 günlük qeybə çəkilmədən sonar dünən yenidən zühr etdi. Şimalı Koreyanın rəsmi mediası tərəfindən Kim Çen İnin gübrə zavodunun açılışında iştirakı ilə bağlı foto-şəkillər yayıldı. Fotoları diqqətlə izləyən tibb ekspertləri görüntülərdə gözə batan izlərin ürək-damar əməliyyatından xəbər verdiyinə inanırlar.
Qısası Kim Cen In növbəti dəfə dünyanı barmağına dolaya bildi. Bundan sonra Kim yoldaş həqiqətən ölsə belə çətin ki, inanan olsun.
Milli Məclisdə kadr islahatları həyata keçirilir
Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı ilə Milli Məclisin İşlər İdarəsinin və Aparatının yeni strukturu müəyyən edilib və ştat cədvəli təsdiq olunub. Aparılan struktur islahatları çərçivəsində parlamentin iki şöbəsi ləğv edilərək ümumi şöbəyə birləşdirilib. Ləğv olunan şöbələrdən biri də “Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi”dir.
Sahibə xanımın həyata keçirdiyi bu islahatlar yerində və başa düşüləndir. Doğurdan da vətəndaşların qəbulu və müraciətlərinə nə ehtiyac var? Seçki bitdi, əl öpmə də başa çatdı. Parlamentin fəaliyyətinin bitməsinə bir ay qalmış şöbəni bərpa etmək kifayət edər.
“Atabank” və “Amrahbank”ın lisenziyaları ləğv edildi, hər iki bank müflis elan olundu
Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, sahibkarlar bank seçərkən diqqətli olmalıdırlar. Hesab açmamışdan əvvəl, sahibkar bankı araşdırmalı, maliyyə göstəriciləri ilə tanış olmalıdır. Sahibkar hesab açarkən də riskə gedir, gələcəkdə bankın müflis olması nəticəsində itirəcəyi vəsaitə görə özü məsuliyyət daşıyır. O həmçinin bildirib ki, “bizim böyük dövlət bankımız var, arxasında da dövlət dayanıb”.
Baş bankirin bu şəkildə çıxışından sonra sabahdan etibarən ağlı başında olan iş adamlarının kütləvi şəkildə özəl banklardakı hesablarını bağlayıb pullarını geri tələb etməsini eşitsəniz təəccüblənməyin. Bu isə ona səbəb olacaq ki, adı çəkilən banklar muflis elan edilən sonuncu banklar olmayacaqlar.
Biləsuvar rayon İcra Hakimiyyəti başçısı həbs edildi
Səbail rayon məhkəməsi aprelin 30-da prezident tərəfindən vəzifəsindən azad olunan Mahir Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bununla da son 5 ayda həbs edilən icra başçılarının sayı 4 oldu. Davamlı olmasını diləyir və bu cür əməliyyatların digər dövlət qurumlarında da həyata keçməsini arzulayırıq. Bu məsələlərdə başa düşmədiyim tək bir şey var. Bəs bu rayonların polisi, prokurorluğu hara baxır görəsən? Bütün əməliyyatları və korrupsiya faktlarının ifşasını DTX təkbaşına həyata keçirməlidir? Siz də tərpənin də. Yoxsa bir də görərsiniz ki, eyni əməliyyatlar sizinlə bağlı keçirilir. Səbəb də olacaq. Bu qədər özbaşınalığı, rüşvətxorluğu, korrupsiyanı ya görməmisiniz, ya da görüb ölçü götürməmisiz. Görməmisinizsə demək ki, vəzifənizin öhdəsindən gələ bilmirsiz və getməlisiz, yox əgər görüb ölçü götürməmisizsə onda yenə getməlisiniz. Hara? Özünüz bilirsiniz.
Zakir Qaralov yola salındı
Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevi təyin edib.
Prezidentin Yeni təyin olunmuş baş prokurorla videoformatda keçirilən görüşündən iki sitat.
- “İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir. Ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır.
- “Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək. Biz bunu dəfələrlə görmüşük. Sadaladığım rayonlarda səhiyyə, təhsil, mədəniyyət sahəsində kütləvi şəkildə vətəndaşlardan, valideynlərdən, hər məktəb direktorundan pul yığılır. Rayon mərkəzi xəstəxanasının baş həkimindən icra hakimiyyətinə pul verilir. O da öz növbəsində bütün şöbələrdən hər ay haqq yığır. Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir”.
Deyilənlərlə nöqtə vergülünə qədər razıyam. Sözüm isə bizlər bu faktları sadalayanda az qala basıb gözümüzü çıxarmaq istəyən bir qism dövlət məmurlarına və millət vəkillərinədir. İndi dillənin. Yoxsa pretenziyanız var?
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar