Xəbər lenti

 
Ötən ayın 11-də qeybə çəkilən, bu gün isə anidən Şimali Koreyada bir gübrə zavodunun açılışında iştirak edib lent kəsən Kim Çen İn bütün dünyanı təəccübləndirməyi bacardı. Nədən ki, dünyanın bütün siyasi liderləri və media qurumları Kimin öldüyünə inanırdılar. Kim isə təkcə idarə etdiyi toplumun deyil, həm də  dünyanın qarşısına xeyli “diri” çıxdı.


 
Ovqat.com xəbər verir ki, Kimin qəflətən “dirilməsinin” səbəbləri barədə indi yeni versiyalar irəli sürülür.
 
Versiyalara görə, Kim dünya ilə məzələnmək üçün qeybə çəkilməyibmiş. Onun son 20 gün ərzində ürək əməliyyatı keçirdiyi iddia olunur. Bu versiya isə Şimali Koreya diktatorunun gübrə zavodunun açılışı zamanı çəkdirdiyi video və foto-görüntülərdə sərgilən işarələrə əsaslanır.
 
Kim Çin İnin görüntülərini izləyən tibb mütəxəssisləri onun qolunda iynə yerlərinin aydın göründüyünü bildirirlər. ABŞ tərəfindən maliyyələşdirilən “NK News” nəşrinə açıqlama verən tibb ekspertləri də görüntülərdə gözə batan izlərin ürək-damar əməliyyatından xəbər verdiyinə inanırlar.


 
İddialarla bağlı fikri soruşulan ABŞ prezidenti Donald Tramp isə tibb mütəxəssislərinin rəyinə hər hansı münasibət bildirmək istəməyib. O, hələ ki bu barədə söyləyəcək heç bir məlumatının olmadığını deyib.
 
Şimalı Koreyanın rəsmi mediası tərəfindən yayımlanan foto-şəkillərdən Kim Çen İnin gübrə zavodunun açılışında iştirakının xüsusi təmtəraqla qarşılandığı aydın olur. Belə təəssürat yaranır ki, diktatorun “dirilişi” ölkədə toy-bayram kimi qeyd olunub.






Ana səhifəyə qayıt        Baxış: 2 733          Tarix: 2-05-2020, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma