Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
Milli Məclisdə bir sıra dövlət qulluqçuları ixtisar edildi - RƏSMİ
“Milli Məclisdə struktur və kadr islahatları aparılması zərurəti yaranmışdı. Bununla əlaqədar sərəncam imzalamışdım. Sərəncama əsasən, Milli Məclisin Aparatı və İşlər idarəsində işləyən dövlət qulluqçuları ştatdan kənar elan edilmişdi. Yeni strukturun ştat cədvəli təsdiq edilənədək onlar öz fəaliyyətini əvvəlki ştat cədvəlinə uyğun davam etdirib”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
O bildirib ki, ötən 1 aya yaxın müddətdə Aparatın və İşlər idarəsinin hər bir əməkdaşının işi ətraflı və dərin təhlil edilib:
“Nəhayət, bu iş başa çatıb. Mən dünən bir neçə sərəncam imzalamışam. Həmin sərəncamlara əsasən, Milli Məclisin İşlər İdarəsinin və Aparatının yeni strukturu müəyyən edilib və ştat cədvəli təsdiq olunub. İnanıram ki, həyata keçirilən bu islahatlar parlamentin işinin daha yaxşı təşkil edilməsinə imkan verəcək”.
APA/AZ
Milli Məclis Aparatında aparılan struktur islahatları çərçivəsində parlamentin iki şöbəsi ləğv edilib.
"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.
Sərəncamla Milli Məclisin Komitə və komissiyalar ilə iş şöbəsi və Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi ləğv olunaraq Ümumi şöbəyə birləşdirilib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar