
Xəbər lenti
Bu gün, 12:28
Bu gün, 10:05
Bu gün, 09:34
Dünən, 23:10
Dünən, 21:25
Dünən, 19:15
Dünən, 17:31
Dünən, 13:13
22-02-2025, 23:55
22-02-2025, 22:44
22-02-2025, 21:18
22-02-2025, 20:58
22-02-2025, 19:37

"Saakaşviliyə edilmiş vəzifə təklifi barəsində cəmiyyətə yaxın günlərdə məlumat veriləcək".
Ovqat.com-un 24NEWS/GE-yə istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidentinin sözçüsü Kiril Timoşenko bildirib.
Timoşenko açıqlamasında Gürcüstanın eks prezidenti Mixail Saakşvilinin baş nazirin müavini vəzifəsinə yaraşdığına əmin olduğunu da gizlətməyib.
"Əgər cənab Saakşvili islahatlar məsələsində ölkəmizə kömək edərsə, düşünürəm ki, biz yalnızca qalib gələ bilərik. Üstəlik, hər vəzifəyə təyinat Radada səsə qoyulmur. Hətta Radada Saakşvili üçün səsvermə keçirilməsi lazım gələrsə belə, o, yetərli miqdarda səs toplayacaq", - deyə Kiril Timoşenko bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna deputatları ilə söhbətində Saakaşvili ona prezident tərəfindən Baş nazirin müavini vəzifəsinin təklif olunduğunu, özünün isə bu təklifi qəbul etdiyini bildirmişdi. Gürcü liderin bu fikirləri Ukraynada ciddi ajiotajlara yol açmış, bir sıra millət vəkilləri təklifə qarşı çıxmışdılar. Kiril Timoşenkonun son açıqlamaları da bu etiraza cavabdır. Görünür, Zelenski öz sözçüsü vasitəsilə müxaliflərə həddini bildirib və qanunvericiliyə görə, bu məsələdə parlamentin razılığının alınması kimi bir zərurətin olmadığını xatırladıb.
Qeyd edək ki, Saakaşviliyə edilmiş bu təklifi şərh edərkən Ovqat.com gürcü liderin Ukraynayda ciddi islahatlara start vermək üçün ABŞ tərəfindən hakimiyyətə gətirildiyini və başlıca məqsədin Qara dənizi Rusiyanın təsir dairəsindən çıxarmaq olduğunu vurğulamışdı. Kiril Timoşenkonun açıqlamaları da bu təyinatın islahatlarla bağlı olduğunu təsdiqləyir.

Bizim üçün digər mühüm məsələ isə Saakaşvilinin hədəfə aldığı iri məmurlar arasında Ukraynanın əslən Bakı ermənisi olan Daxili İşlər naziri Arsen Avakovun da olmasıdır.
Arsen Avakovla əslində Zelenskinin də çox arası yoxdur. Hətta ötən il aprel ayında prezident seçilən Zelenski hakimiyyəti təhvil almasından qısa müddət sonra Arsen Avakovu vəzifəsindən azad etmək üçün Prezidentin rəsmi saytında petisiya aparmışdı. 2019-cu il iyunun 2-dən başlanan petisiyaya qısa müddət ərzində yetərli sayda səs də verilmişdi. Bu da səbəbsiz deyildi. Nədən ki, mayın 31-də Ukraynada beş yaşlı uşaq polislər tərəfindən güllələnərək öldürülmüş, nəticədə ümumxalq etirazlarına yol açılmışdı. Həmin dövrlərdə bir çox vətəndaşlar DİN-in binası qarşısında mitinq keçirərək Avakovun istefasını tələb edirdilər. Ukrayna Ali Radası da nazirin hadisə ilə bağlı hesabat verməsini istəyirdi.

Fəqət hansısa gizli əl Avakovu bu çətin vəziyyətdən qurtara bildi və indiyədək onun “toxunulmazlığını” təmin edir. İddialara görə, Bakı ermənisinin arxasında Moskva dayanır.
Görünür, Rusiyanın Ukraynadakı bir nömrəli adamı olan Avakovun 2014-cü ildən bəri tutduğu vəzifəyə xitam vermək üçün Zelenskinin Saakaşvili kimi ciddi beynəlxalq əlaqələrə malik fədaiyə ehtiyacı var.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər