Xəbər lenti
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
Səudiyyə Ərəbistanı büdcə xərclərini böyük miqyasda azaltmağı düşünür.
Ovqat.com xəbər verir ki, bunu Səudiyyə krallığının Maliyyə naziri Məhəmməd əl-Cədan “Al Arabiya” televiziyasına müsahibəsində deyib.
Nazir büdcə ixtisarlarına getmək niyyətlərinin səbəbini epidemiya çərçivəsində qəbul edilən məhdudlaşdırma qərarları nəticəsində neft və qeyri-neft gəlirlərinin azalmasıyla əsaslandırıb.
Onun fikrincə, Səudiyyə Ərəbistanı bu istiqamətdə çox sərt və "ağrılı" tədbirlər həyata keçirməli, böhrandan çıxmaq üçün bütün variantlara əl atmalıdır.
Nazir koronavirusunun iqtisadiyyata təsirinin hələ özünü göstərmədiyini, əsl maliyyə problemlərinin ilin ikinci rübündən sonra meydana gələcəyini bildirib.
Cedan koronavirus epidemiyası dövründə Səudiyyə Ərəbistanı büdcəsinin gözləniləndən daha çox borclanacağını da etiraf edib. Onun bildirdiyinə görə, krallıq 58,7 milyard dollar borclanmağı düşünür. Bu isə epidemiyadan əvvəl planlaşdırılandan 26,7 milyard dollar çoxdur. Nazir etiraf edib ki, Səudiyyə Ərəbistanının ümumi borcu bu ilin birinci 6,7 faiz artaraq 192,9 milyard dollara yüksəlib.
Qeyd edək ki, bu, Məhəmməd Cedanın ilk belə neqativ açıqlaması deyil. Bundan əvvəlki açıqlamasında da o, koronavirusla birlikdə hökumət büdcəsini 50 milyard rial azaltdığını bildirmişdi.
Məhəmməd Cedan koronavirusun iqtisadi zərərlərini dünya müharibəsilə müqayisə edib. Bildirib ki, nə Səudiyyə Ərəbistanı, nə də dünya iqtisadiyyatı koronavirusdan əvvəlki dövr kimi olmayacaq: “Çünki İkinci Dünya Müharibəsindən bəri bu cür böhran yaşanmayıb”.
Səudiyyə Ərəbistanı kimi dünyanın ən zəngin neft istehsalçısının Maliyyə nazirinin bu cür bəd danışması vəziyyətin nə dərəcədə “tünd” olduğunu göstərir. Belə məlum olur ki, koronavirusun ən böyük zərbə vurduğu iqtisadiyyatlar neft sənayesi olacaq.
Qeyd edək ki, dünyanın ən zəngin neft yataqlarına malik olan, torpağının hardasa 90%-də ot bitməyən Səudiyyə Ərəbistanı belə, iqtisadiyyatını şaxələndirmə sahəsində bizdən çox-çox öndədir. Azərbaycan büdcəsinin 85-90%-i neft gəlirlərindən formalaşdığı halda, Səudiyyə Ərəbistanında bu nisbət 70%-dir.
Koronavirusun xam neftə tələbatı azaltması səbəbindən rəsmi Riyad indi az qala əlinə dəsmal götürüb ağlayır. Çünki büdcə gəlirləri bu ilin ilk rübündə 9.1 milyard dollar aşağı düşüb. Baxmayaraq ki, Beynəlxalq kredit reytinq agentliyi Moody's Səudiyyə Ərəbistanının kredit reytinqini "A1" səviyyəsində qoruyaraq, proqnozunu sadəcə "stabil" dən "neqativ"ə (Maliyyə öhdəliklərini yerinə yetirəcək qədər güclü, lakin mənfi iqtisadi proseslərə həssas) dəyişdirib. Azərbaycanın isə 2019-cu ildə bu reytinqdəki yeri Ba2 səviyyəsində idi. Yəni “tərs gedən iqtisadi şərtlərdə böyük qeyri-müəyyənliklərin yaşanması ehtimalı böyükdür”.
Səudiyyə Ərəbistanının 2020 büdcəsi də bizimlə müqayisə edilə bilməyəcək dərəcədə böyükdür. Rəsmi statistikaya inansaq, əhali sayına görə bizdən 3.5 dəfə çox vətəndaşı var. Amma büdcə gəlirləri bizdən 20 dəfə artıqdır. 2020-ci il büdcə layihəsində ölkənin büdcə gəlirlərinin 222 milyard dollar, xərclərinin isə 272 milyard dollar olacağı proqnozlaşdırılmışdı. Nəticə etibarilə bu il 50 milyard dollar olacağı gözlənilən büdcə kəsirləri belə bizim ümumi maliyyə rezervlərimizdən böyükdür.
İndi o belə, göz yaşını saxlaya bilməyib ağlayırsa, vay bizim halımıza.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar