Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Koronavirus pandemiyası səbəbindən karantin rejiminin tətbiq edilməsi dünyada müsbət ekoloji dəyişiklərə səbəb olub.
Ovqat.com-un məlumatına görə, mütəxəssisələr dünyada havanın təmizləndiyini müşahidə ediblər.
Bu da Şimal Qütbündəki deşilmiş ozon təbəqəsinin tədricən bərpasına yol açıb.
Ozon təbəqəsinin bu tezlikdə özünü bərpa prosesinə qədəm qoyması ekoloqları xeyli təəccübləndirib. Çünki indiyədək bu təbəqəyə ən böyük zərər verər amilin xlorofluorokarbon (CFC) qazları olduğu düşünülürdü.
1928-ci ildə kəşf olunan CFC qazları çox maraqlı xüsusiyyətlərə malikdir: zəhərli və aşındırıcı olan bu qazlar yanmaz, əksinə sabit və uzunömürlü olurlar. Onların havadan yüngül olduğundan atmosferin ən yuxarı qatlarına (təxminən 11000 metr) qədər yüksələ bilirlər.
Kimyaçıların iddialarına görə, ozon təbəqəsinə yüksələn xlorofluorokarbon qazları oradakı O3 ilə reaksiya girir və ozonu parçalayaraq oksigen molekuluna çevirir. Özü isə dəyişməz qalır və parçalama fuksiyasını davam etdirir. Bir xlor atomunun yüz min ozon molekulunu oksigenə çevirməsi nəticəsində ozon təbəqəsinin nazikləşdiyi və deşildiyi bildirilirdi. Yox olan ozonun yerini isə xlorofluorokarbon qazı doldururdu. Nəticədə günəşin zərərli şüalarının Yür kürəsinin enişinin qarşısındakı əngəllərdən biri ortadan qalxır və planetimiz getdikcə təhlükə zolağına daxil olurdu.
CFC qazlarının ömrü 65 ilə 120 il arasında olduğu nəzərə alan alimlər atmosferə təsir edən sənaye müəssisələrinin dayancağı təqdirdə, ozon təbəqəsinin 100 il ərzində özünü bərpa edəcəyini düşünürdü.
İndisə ozon təbəqəsinin 4 ay ərzində özünübərpa prosesinə qədəm qoyması mütəxəssisləri xeyli təəccübləndirdiyi kimi həm də sevindirir. Belə görünür ki, insan oğlunun yüz illər ərzində dünyaya vurduğu zərəri təbiət qısa müddətdə bərpa edə bilir.
Ozon təbəqəsinin özünübərpası ilə bağlı başqa mülahizələr də var.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar