Xəbər lenti

 
2016-cı ildə baş vermiş Aprel döyüşlərində ermənilərin nə qədər itki verdiyini, yəqin ki, bir çoxlarımız bilmirik. Amma fakt budur ki, həmin döyüşlər Ermənistanın keçmiş hakimiyyətinin laxlamasına və Nikol Paşinyanın iqtidara gəlməsiylə nəticələndi. Bu da rəsmi İrəvanın nə qədər gizlətməyə çalışsa belə, ciddi itki verdiklərini və nəticədə erməni xalqının öz “uğursuz” hakimiyyətindən üz döndərdiyini göstərir. 
 
Sözsüz ki, bu sözləri deməklə özümüzə təskinlik verə bilmərik. Nə qədər ki Dağlıq Qarabağ işğal altındadır, bizim çoxlu erməni əsgəri öldürməklə təskinlik tapmağa mənəvi haqqımız olmayacaq. Amma bu da var ki, Aprel döyüşlərində erməni tərəfinin nə qədər itki verdiyini bilmək gələcək döyüşləri proqnozlaşdırmaq baxımından olduqca vacibdir. Bizim sözügedən mövzuya işıq tutmağımızın əsas səbəbi budur. Yoxsa, bir çoxları kimi “bizdən bu qədər, onlardan bu qədər öldü” deyib buna sevinmək fikrində deyilik. Zira vətən müharibələrinin əsas məqsədi düşmən əsgərlərindən daha çox öldürmək yox, itirilən torpağı geri qaytarmaqdır. Biz isə hələ də bu hədəfi reallaşdıra bilməmişik.


 
Bəs, Azərbaycan ordusu bunu reallaşdırmaq gücünə sahibdirmi?
 
Məhz bu sualın cavabı düşmənə verdirdiyimiz itkilərlə müəyyənləşdirilə bilər.
 
AZERTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şaxtahtının qardaş ölkənin “Yeşil Iğdır” qəzetində dərc olunan Aprel döyüşləri Azərbaycan ordusunun yenilməz gücünü göstərən əzəmətli qələbədir” sərlövhəli yazısının bir bölümü bu itkilərlə bağlı maraqlı faktlar ortaya qoyur.  Müəllif ermənilərin “newsarmenia.am” saytına istinadən yazır:
 
“Aprel döyüşlərindən danışarkən erməni tərəfinin itkilərini qeyd etmək vacibdir. Üstəlik, bu itkiyə ümumilikdə Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaşanmış itki kontekstində yanaşmaq lazımdır. Bu münaqişədə qeydə alınan insan təlafatı və digər itkilərə görə məsuliyyəti hər zaman Ermənistan dövləti və hökuməti daşıyır.
 
Konkret aprel döyüşlərinə gəlincə, “newsarmenia.am” həmin döyüşlərdə Ermənistan tərəfinin itkisinin rəsmi açıqlanan rəqəmdən ən azı 12 dəfə çox olduğunu yazır. Rəsmi qəbul olunan 50 ölü, 30 itkin və 100 yaralıdırsa, bunu 12-yə vurduqda hansı dəhşətli mənzərənin yarandığını anlamaq çətin deyil. Yaşananların daha aydın olması üçün faktlara müraciət edək.

 

Məsələn, mayor Edqar Martirosyan döyüşdüyü səngərdən yalnız özünün sağ çıxdığını etiraf edib: “İstər şəxsi heyət, istərsə də texnika baxımından bizdən çox üstün idilər. Azərbaycan tanklarının sayı əsgər sayından çox idi”.
 
Erməni əsgəri Narek Nikoqosyanın dedikləri: “Aprel döyüşlərinin ilk günlərindəcə 40 əsgərimiz həlak oldu. Bizim bölükdən yeganə sağ qalan mənəm. Amma bu, heç də təəccüblü deyil. Nəticənin belə olacağı bəlli idi”.
 
Arman Kirakosyan:Bütün yoldaşlarım yaralandı, əksəriyyəti dünyasını dəyişdi. Əsgərlərimizdən cəmi ikisi sağ qaldı”.
 
Bundan başqa, ermənilərin özləri tərəfindən yayılmış videoçarxlarda aprel döyüşlərində həlak olmuş 62 hərbçinin ad və soyadı əks olunub. Onların ən azı yarısı zabitdir”.
 
Ovqat.com yazının tamamını oxumağa həvəsi olanlar üçün məqalənin tərcüməsini təqdim edir.


 
...Azərbaycan Silahlı Qüvvələrinin düşmənə 2016-cı ildə baş vermiş döyüşdə qazandığı zəfər müasir dövlətimizin tarixinə “Aprel döyüşləri qələbəsi” kimi yazılıb. Ötən 4 ildə bu hərbi qələbənin müxtəlif tərəfləri geniş təhlil edilib. Buna baxmayaraq, bu yaxınlarda qələbənin növbəti ildönümünün qeyd edildiyini nəzərə alaraq, aprel döyüşlərinin səbəb və nəticələrinə bir daha nəzər salmaq istərdik.
 
Aprel döyüşləri olmaya bilərdimi?
 
Bu suala cavab tapmaq üçün təbii ki, ermənilərin əsassız iddiaları ilə başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı vəziyyətə qayıtmaq lazımdır. Ermənistanla Azərbaycan arasında hələ 12 may 1994-cü ildə atəşkəs razılaşması imzalanıb. İşğalçı tərəfin əsassız iddialarının davam etdiyini nəzərə alsaq, buna “müvəqqəti atəşkəs” də deyə bilərik.
 
Bu gün qoşunların təmas xətti Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazisindən keçir. Atəşkəs müqaviləsinin mövcudluğuna baxmayaraq, ötən illər ərzində Azərbaycan dəfələrlə Ermənistan tərəfindən mərmi, minaatan, tank və top, böyük və kiçik çaplı silahlardan atəşə tutulub. Düşmən dəfələrlə ölkəmizə qarşı hərbi təxribatlar həyata keçirib, hətta Hərbi hava qüvvələrinin iştirakı ilə genişmiqyaslı hücumlar edib, Azərbaycan ərazisində icazəsiz və qanunsuz hərbi təlimlər keçirib


 
Üstəlik, Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycanın suveren hüquqlarını pozaraq, bölgədə “seçkilər”, “referendumlar” belə, təşkil edib. Doğrudur, ATƏT-in Minsk qrupunun həmsədrləri də daxil olmaqla, dünya birliyi bu “seçkilər”i tanımır. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazisində son olaraq 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə keçirdiyi “seçkilər” də 30-dək dövlət və beynəlxalq təşkilatlar (ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO, ATƏT Parlament Assambleyası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatı, GUAM və s.) tərəfindən qəti şəkildə pislənilib. Beləliklə, Azərbaycanın müstəqilliyinin ilk illərilə müqayisədə vəziyyət tam dəyişib. Prezident İlham Əliyevin də dediyi kimi, “biz Azərbaycan həqiqətlərini dünya birliyinə daha geniş şəkildə çatdırırıq və çatdırmalıyıq”.
 
Beləliklə, 2016-cı ilin aprel döyüşləri Azərbaycan xalqının tarixində bir sıra vacib xüsusiyyətlərilə heyrətamiz yer tutur. O, bir neçə faktı da ortaya qoyub:
- xalqın prezident ətrafında birliyi və həmrəyliyi;
- ordu quruculuğu sahəsindəki uğurlar;
- Silahlı Qüvvələtin peşəkarlıq səviyyəsi;
- vətəndaşların vətən üçün hər şeyə hazır olması;
- xüsusilə gənc nəslin vətəni, torpağı düşməndən qorumaq əzmi, yüksək əhval-ruhiyyəsi və s.


 
İndi isə aprel döyüşlərinin səbəbləri haqda.
 
Ümumiyyətlə, təcavüzkar Ermənistanın mütəmadi hərbi təcavüzü, düşmənin 19-cu əsrin sonlarından bəri günahsız azərbaycanlıların qanını tökməkdən yorulmadığını bir daha göstərir. Bəşər tarixindəki ən ağır cinayətlərdən olan Xocalı soyqırımı belə, düşməni normal düşünməyə vadar etməyib və o, bu qətliamı törətdiyi üçün peşman da deyil. Demək, düşmən Xocalı soyqırımı kimi cinayətləri daha çox törətmək üçün fürsət axtarır. Onların hədəfinin Azərbaycanın mülki əhalisi, günahsız insanlar olması isə əlbəttə ki, təəssüf doğurur.
 
Aprel döyüşlərinin səbəb və nəticələrini araşdırmazdan əvvəl, düşmənin təmas xəttində bu hadisədən əvvəl törətdiyi təxribatlara, eyni zamanda, belə halların qarşısının alınması üçün görülmüş müdafiə tədbirlərinə nəzər salaq.
 
İşğalçı tərəf Azərbaycan Ordusunun mövqelərinə pilotsuz kəşfiyyat və döyüş texnikası ilə hər zaman ciddi təhdid yaradırdı. Üstəlik, düşmən kəşfiyyatı və təxribat qrupları hərbi mövqelərdən çox bölgədəki mülki obyektlərə, mülki şəxslərə təhlükə yaradır, məhz onları atəşə tuturdu. Eyni zamanda, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz hərbi təlimlər keçir, əksər hallarda təlimlər çərçivəsində təxribatçı uçuşlarından belə, çəkinmirdilər. Bütün bunlar aprel döyüşlərini qaçınılmaz edib və nəticədə düşmən layiqli cavabını alıb.


 
Aprel döyüşlərindən danışarkən erməni tərəfinin itkilərini qeyd etmək vacibdir. Üstəlik, bu itkiyə ümumilikdə Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaşanmış itki kontekstində yanaşmaq lazımdır. Bu münaqişədə qeydə alınan insan təlafatı və digər itkilərə görə məsuliyyəti hər zaman Ermənistan dövləti və hökuməti daşıyır.
 
Konkret aprel döyüşlərinə gəlincə, “newsarmenia.am” həmin döyüşlərdə Ermənistan tərəfinin itkisinin rəsmi açıqlanan rəqəmdən ən azı 12 dəfə çox olduğunu yazır. Rəsmi qəbul olunan 50 ölü, 30 itkin və 100 yaralıdırsa, bunu 12-yə vurduqda hansı dəhşətli mənzərənin yarandığını anlamaq çətin deyil. Yaşananların daha aydın olması üçün faktlara müraciət edək.
 
Məsələn, mayor Edqar Martirosyan döyüşdüyü səngərdən yalnız özünün sağ çıxdığını etiraf edib: “İstər şəxsi heyət, istərsə də texnika baxımından bizdən çox üstün idilər. Azərbaycan tanklarının sayı əsgər sayından çox idi”.


 
Erməni əsgəri Narek Nikoqosyanın dedikləri: “Aprel döyüşlərinin ilk günlərindəcə 40 əsgərimiz həlak oldu. Bizim bölükdən yeganə sağ qalan mənəm. Amma bu, heç də təəccüblü deyil. Nəticənin belə olacağı bəlli idi”.
 
Arman Kirakosyan:Bütün yoldaşlarım yaralandı, əksəriyyəti dünyasını dəyişdi. Əsgərlərimizdən cəmi ikisi sağ qaldı”.
 
Bundan başqa, ermənilərin özləri tərəfindən yayılmış videoçarxlarda aprel döyüşlərində həlak olmuş 62 hərbçinin ad və soyadı əks olunub. Onların ən azı yarısı zabitdir.
 
O vaxtdan keçən dövr ərzində ictimai fəallar hökuməti aprel döyüşlərində ölmüş hərbçilərin ailələrinin, həmçinin yaralanmış şəxslərin sosial problemlərilə maraqlanmamaqda günahlandırır. Həmin döyüşlərdə əlil olmuş əsgərlərin protez belə, ala bilmədiyi deyilir. Bununla yanaşı, aprel döyüşlərinin acı nəticələri həm Ermənistan hökuməti, həm də diaspor təşkilatlarının “dilənçiliyi” üçün yeni bəhanə olmuşdu. Onlar bu amildən istifadə edərək, yardım və ianə toplamağa başlamışdılar.
 
Raymond Aaron “Müharibə və sülh nəzəriyyəsi”ndə deyir ki, beynəlxalq münasibətlərdə dövlət müharibədə 1 hərbçi, dinc dövrdə isə 1 diplomatla təmsil olunur. Hazırda Azərbaycanda bu prinsiplərin ikisinə də əməl edir. Çünki Ermənistanın işğalçı siyasəti Azərbaycanı çoxtərəfli müdafiəyə sövq edir. Üstəlik, bu, yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə əlaqəli deyil. Azərbaycan böyük dövlətlərin maraqlarının kəsişdiyi, müharibələrin parçaladığı geosiyasi bölgədə yerləşir.


 
Aprel döyüşlərindən danışarkən əlbəttə ki, qəhrəman əsgərlərimizi də unutmaq olmaz. Bununla yanaşı, Çocuq Mərcanlıya tarixi qayıdışımızın müəllifi məhz onlardır. Dövlət də öz növbəsində, onların ailələrinə böyük diqqət və qayğı göstərir. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hələ 2017-ci ilin aprelində aprel döyüşlərində yaralanmış bir qrup əsgər və zabitlə görüşmüşdü. Həmin görüşdə Fondun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunmuşdu.
 
Prezident İlham Əliyev isə Cəbrayıl bölgəsində azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı silsilə qərarlar qəbul edib. Bu, əslində dünyaya Azərbaycan xalqının ərazilərini heç zaman güzəştə getməyəcəyini bir daha nümayiş etdirib. Azərbaycanın müxtəlif yerlərinə səpələnmiş yerli əhalinin Cocuq Mərcanlıya qayıdışı isə xalqın vətənə sevgisinin təzahürüdür.
 
Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndində aparılan bərpa işlərilə şəxsən tanış olub. Bu zaman o, kənd sakini Oqtay Həziyevin evinə də baş çəkib. Qeyd edək ki, onun 8 nəfərlik ailəsi bütün təhlükələrə baxmayaraq, 1994-cü ildən bu kənddə yaşayır. Bu, əsl vətənpərvərlik, fədakarlıq nümunəsidir! Bu üzdən, prezident İlham Əliyev Oqtay Həziyevi 1-ci dərəcəli “Əmək” ordenilə təltif edib.4


 
Ümumiyyətlə, Cocuq Mərcanlının bərpası Azərbaycanda dövlətçilik tarixinin zəngin ənənələrini əks etdirir. Bunlardan biri də prezident İlham Əliyevin tapşırığı ilə Cocuq Mərcanlı kəndində Şuşa məscidinə bənzəyən məscidin inşasıdır. Bu, həm Ermənistana, həm də bütünlükdə beynəlxalq ictimaiyyətə mesajdır. Eyni zamanda, bu, dünyaya Azərbaycanın tarixi keçmişini, onun İslam dünyasının bir hissəsi olduğunu göstərməkdir. Bu, həm də bir gün Şuşa məscidin bərpa olunacağı deməkdir. Yeri gəlmişkən, beynəlxalq media və dünyanın nüfuzlu din xadimləri bu məscidin tikintisini 2017-ci ildə Azərbaycanda elan olunmuş “İslam Həmrəyliyi İli”nə dəyərli töhfə kimi qiymətləndirib.
 
Beləliklə, aprel döyüşlərinin zəfərlə başa çatması, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı, Cocuq Mərcanlıya tarixi qayıdış, onun müasir standartlara uyğun yenidən qurulması müstəqil Azərbaycanın dövlət ənənələrinin və milli-mənəvi dəyərlərinin bariz nümunələridir.


Ana səhifəyə qayıt        Baxış: 3 350          Tarix: 6-05-2020, 22:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma