
Xəbər lenti
Bu gün, 10:05
Bu gün, 09:34
Dünən, 23:10
Dünən, 21:25
Dünən, 19:15
Dünən, 17:31
Dünən, 13:13
22-02-2025, 23:55
22-02-2025, 22:44
22-02-2025, 21:18
22-02-2025, 20:58
22-02-2025, 19:37
22-02-2025, 18:46
22-02-2025, 18:19

Rusiyada sabahdan etibarən işçilər üçün martın 28-dən təyin olunan məcburi tətilə son qoyulacaq.
Ovqat.com xəbər verir ki, bu barədə məlumatı ölkə başçısı Vladimir Putin qubernatorlarla keçirdiyi videokonfransda bildirib.
"Bu gün işçilər üçün inzibati məzuniyyət üçün son gündür”, - Putin belə deyib.
Amma inzibati məzuniyyətin ləğvi karantin tədbirlərinin tam ortadan qaldırılması mənasına da gəlmir. Putinin sözlərinə görə, ölkədəki yüksək hazırlıq səviyyəsi bir müddət də qorunacaq, sabahdan etibarən isə yumşaldıcı tədbirlər tədricən həyata keçiriləcək.

Bölgələrə görə karantin tədbirlərini yumşaltmaq və ya sərtləşdirmək səlahiyyətini yenə qubernatorların öz ixtiyarına buraxan Rusiya prezidenti bunu müxtəlif vilayətlərdə koronavirusun fərqli təsirləriylə əsaslandırıb.
Onun sözlərinə görə, karantin tədbirlərinin tədricən yumşaldılması Rusiyanın iqtisadi vəziyyətilə bağlıdır: "Epidemiya Rusiyanın iqtisadiyyatına mənfi təsir etdi. Karantin tədbirləri nəticəsində keçən aydan etibarən işsiz qalanların sayı 1,4 milyona çatıb. İşə dəstək üçün kredit proqramları iyunun 1-dən başlayacaq. İşçilərinin 90 faizini qoruyan şirkətlər aprel və may ayları üçün müavinət alacaqlar”.
Koronavirusun iqtisadi zərbəsinin Rusiya vətəndaşlarının gəlirlərinə və ölkənin ümumi vəziyyətinə mənfi təsir göstərdiyini vurğulayan Putin deyib:
"İqtisadiyyata dəstək paketlərini genişləndirəcəyik. Hökumətlə birlikdə iş dünyasının normallaşması prosesində vətəndaşlara və iqtisadiyyata dəstək verəcək yeni tədbirlər paketi hazırlamışıq.

Mayın 12-dən etibarən iqtisadiyyatda əsas əhəmiyyətə malik mədən, enerji, rabitə, kənd təsərrüfatı, sənaye və tikinti sahələrində fəaliyyət göstərən müəssisələrin fəaliyyətlərini yenidən başlatmaq üçün lazımi şərait təmin ediləcəkdir. Kovid-19-dan ən çox təsirlənən bu sektorlara dövlət dəstəyi 12 Maydan sonra davam edəcək. "
Ölkədəki kiçik və orta sahibkarlıq və vətəndaşlar üçün vergi güzəştlərinin veriləcəyini söyləyən Putin deyib ki, Covid-19 tədbirlərindən təsirlənən sahibkarlıq subyektlərindən ikinci rüb üçün vergi alınmayacaq.
Qeyd edək ki, Rusiyada koronavirus öz təsir gücünü getdikcə artırır. Artıq neçə gündür ki, bu ölkədə gündəlik yoluxma halları 10 mini keçir. Gündəlik yoluxanların sayında artımların yaşandığı Rusiyada bu gün 11 min 656 nəfərdə koronavirus aşkarlanıb. Ölkədə karantin tədbirlərinin yumşaldılması bu sayın daha da artmasına yol aça bilər.
Son 5 gündə Rusiyada ölən və yoluxanların sayı


Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər