Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Afsəddin NƏBİYEV,
AMİP Siyasi Surasının üzvü
“Böyük qələbəyə gedən yol kiçik addımlardan başlanır”.
Bu günlərdə ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib.
Bu ideyanın gerçəkləşdirilməsi çox müsbət addımdır. Hətta deyərdim ki, bu məsələdə bir xeyli gecikmişik. 1991-ci il Azərbaycan öz müstəqilliyini elan edəndə dövlətimizin adının Şimali Azərbaycan adlandırılması ilə bağlı parlaq ideyalar səsləndirilmişdi. O, zamanlar çox ağır bir dövr olduğundan, bu məsələ öz aktuallığını qoruyub saxlaya bilmədi. Erməni – rus müttəfiqliyi, digər tərəfdən də İranın maraqlarına toxunduğu üçün bu məsələ demək olar ki, tamamilə qapadıldı. İndi bir anlıq təsəvvür edək ki, dövlətimiz qurulur, adı Şimali Azərbaycan Respublikası adlanır. Dünya dövlətləri dövlətimizi Şimali Azərbaycan kimi tanıyır. Birləşmiş Millətlər Təşkilatının tərkibinə də bu adla daxil oluruq. Bütün dünya vaxtı ilə Azərbaycanın ikiyə parçalanmasını qəbul edir və diqqət birləşdirmə prosesinə cəlb olunur.
Necə ki, bütün dünyanın gündəmində Şimali Koreya ilə Cənubi Koreya məsələsi, prioritet mövzu kimi hər zaman diqqət mərkəzində olduğu kimi, Şimali Azərbaycan ilə Cənubi Azərbaycan məsələsi də eyniyyət təşkil edə bilərdi. 1990-cı illər Azərbaycanın ağır dövrləri idi. Azərbaycana düşmən qüvvələr, bu dövləti elan etməyə bütün vasitələrlə mane oldular. Həm də, ermənilərin torpaqlarımızı işğal etməsi, bu məsələni gündəmdən çıxardı. İranın, Rusiyanın, Ermənistanın eyni mövqedən çıxış etməsi və maraqlarının üst-üstə düşməsi bu məsələnin Azərbaycan xalqının xeyrinə həll olunmasına əngəl oldu. Çox çətinliklə Azərbaycan öz müstəqilliyinə qovuşdu.
Müqayisəni ona görə apardım ki, bəzən siyasətdə 10 gün-1 ay gecikmiş addım dövləti on illərlə geri ata bilir.
Fakt ondan ibarətdir ki, indiki müasir Ermənistan, Azərbaycan torpaqlarının hesabına yaranmış dövlətdir. 1918 – ci ildə İrəvan Ermənistana verildi. Guya bunun əvəzində, ermənilər Azərbaycan torpaqlarına ərazi iddialarından əl çəkəcəkdilər. Əksinə, rusların müttəfiqliyi ilə, daha da irəli gedərək 1948-1953-ci illərdə onminlərlə azərbaycanlını öz tarixi dədə-baba yurdundan deportasiya etməyə müvəffəq oldular. 1988-ci ildə daha da irəli gedərək Qərbi Azərbaycanda yüzminlərlə azərbaycanlı öz tarixi torpaqlarından çıxarıldı. Ermənistan monoetnik dövlətə çevrildi. “Arxalı köpək, qurd basar”. Ermənilər dayanmadıLAR. Rusların köməyi ilə 1990-cı illərdə 20% torpaqlarımızı da işğal etdilər.
Bu faktları hamımız bilirik. Ancaq nəticə çıxara bilirikmi?
Torpaqlarımızın işğalından 28 il ötür. Heç bir nəticəyə nail olmamışıq. İstər hərbi, istərsə də siyasi diplomatiya sahəsində real nəticələr gözə dəymir. Ona görə Qərbi Azərbaycan Respublikasının yaranmasını təqdir edir, bu respublikanın gələcək işlərinə uğurlar diləyirəm.
Bəs biz millət olaraq, Mühacirət Respublikasının fəaliyyətinə necə töhvə verə bilərik?
Əvvəla onu deyim, bu məsələdə çox ciddi olmalıyıq. Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq bu hökumətin təşkilati işlərində, dünyada tanınmasında, maddi - mənəvi dəstəyimizi əsirgəməməliyik.
İlk öncə hansı addımları atmalıyıq?
- Əvvəlcə fond yaradılmalıdır. Çüki istənilən ideyanın, uğur təməlində maliyyə qaynaqları durur.
- Təşkilati işlər sürətlənməlidir. Həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində, ziyalılarımız və alimlərimizin üzərinə böyük məsuliyyət düşür. Müxtəlif dillərdə rus, ingilis, alman dillərində məqalələr hazırlayıb, çıxışlar etməliyik. Erməni diaspora, lobbilərinin üzərinə getməliyik. Reaksionerlikdən birdəfəlik əl çəkməkiyik. Azərbaycan hakimiyyəti bu həssas məsələyə, yaxından dəstək olmağa çəkinməməlidir.
- Xarici dövlətlərdə təhsil alan, tələbələrmizin bu işdə fəallığını təmin etməliyik.
- İctimai Televiziyada Qərbi Azərbaycan Respublikasının təbliğinə efir vaxtı ayrılmalıdır.
Sonda vacib olan bir məqamı da qeyd etmək istəyirəm. Hər dövrün öz mübarizə metodları olur. İndiki dövrdə silah-sursatın edə bilmədiyi işi ideoloji düşüncə mərkəzləri çox uğurla həyata keçirə bilir. Demirəm silahlanmayaq. Silahlanmaq da lazımdır. Etiraf etməliyik ki, silahlanma bəzən dövlətin iqtisadiyyatını zəif duruma da gətirib çıxarır. Lakin ideoloji mübarizə silahlanmanı bəzi vaxtlarda kölgədə qoya bilər.
Ona görə də Qərbi Azərbaycan (İrəvan) Mühacirət hökimətinə hər birimiz dəstək olmalıyıq. İnanıram ki, bu qurum torpaqlarımızın işğaldan azad olunmasıda öz töhvəsini verəcəkdir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar