Xəbər lenti

 
Bir neçə ay əvvəl DTX-nın korrupsiya cinayəti ilə məşğul olarkən yaxaladığı Ağstafa rayon icra başçısının yerinə yeni təyinat olub.
 
Ovqat.com xəbər verir ki, Seymur Vaqif oğlu Orucov rayonun yeni icra başçısı təyin olunub.
 
Prezidentin təyinatla bağlı Sərəncamında deyilir:
 
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
 
Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
 
 
 
İlham Əliyev
 
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 21 may 2020-ci il.


Ana səhifəyə qayıt        Baxış: 2 962          Tarix: 21-05-2020, 13:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma