
Xəbər lenti
Dünən, 23:55
Dünən, 21:18
Dünən, 18:46
Dünən, 18:19
Dünən, 17:18
Dünən, 15:27
Dünən, 13:41
Dünən, 12:26
Dünən, 11:49
Dünən, 09:57
21-02-2025, 22:58
21-02-2025, 21:30
21-02-2025, 20:27
21-02-2025, 20:01
21-02-2025, 20:00
21-02-2025, 19:44
21-02-2025, 18:11
21-02-2025, 16:31

“Rusiya Kalininqrad bölgəsi və Gürcüstan sərhədi üzərindəki kəşfiyyat uçuşlarına qoyulan məhdudiyyətləri ləğv edərsə, ABŞ yenidən Açıq Səma Müqaviləsinə (ASA) qayıda bilər”.
Ovqat.com xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ-ın ASA sazişindən müvəqqəti çıxmasını şərh edərkən belə deyib.
Stolberqin bu sözlərinə Moskvanın cavabı özünü çox gözlətməyib. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev RTR-ə verdiyi açıqlamasında NATO-nun bu münasibətinin təəccüb doğurmadığını bildirib.

Onun fikrincə, NATO yenə də Amerikanın tərəfini tutur və məsuliyyət hissindən tamamilə uzaq mövqe sərgiləyir: “Başa düşmürlər ki, bununla həmin müqaviləni ləğvetmə əməliyyatının bir parçasına çevrilirlər. NATO sərt bir nizam-intizama malikdir və ABŞ müttəfiqləri hər çətin vəziyyətdə Vaşinqtonun Avropanı qoruyacağına əmindirlər. Məhz bu səbəbdən ölkələr həqiqət və maraq arasındakı seçimlə qarşı-qarşıya qalanda, nə qədər reallığa zidd olsa da, öz maraqlarının lehinə hərəkət edirlər”.
Kosaçev NATO-nun bu davranışına "sadəcə üzüldüyünü" də gizlətməyib.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ mətbuatında Tramp hakimiyyətinin Açıq Səma Müqaviləsindən (ASA) çıxacağı xəbər yayılanda Moskva buna ehtiyala yanaşmış, Rusiya XİN-nin sözçüsü Marina Zaxarova rəsmi mövqe açıqlandıqdan sonra münasibət bildirəcəklərini demişdi. İki gün əvvəl ABŞ prezidenti də bu faktı təsdiqləmiş, dünən isə Dövlət Departamentini sədri Mayk Pompeo artıq müqavilədən (hələlik 6 aylığına) çıxdıqlarını bəyan etmişdi. Moskvanın bu addıma cavabı isə Konstantin Kosaçev tərəfindən xeyli yumşaq şəkildə dilə gətirilib və üzüntü ifadə olunub.

Ümumiyyətlə son zamanlar NATO qüvvələrinin Rusiyanı Qərbdən mərkəzə doğru sıxışdırılması siyasətinin vüsət aldığı müşahidə olunur. Barens-Baltik-Qara dəniz (Şərti olaraq “3 Dəniz strategiyası” adlandırırıq) cəbhələrindən başlayan soyuq həmlələr Kremlin bölgədə hərbi nəzarətini azaltmağa hesablanmış kimidir. 4 gün əvvəl rus hərbi təyyarələrinin 3 NATO dövləti – Rumıniya, Bolqarıstan və Türkiyə qırıcıları tərəfindən Qara dəniz səmasından uzaqlaşdırılması bu istiqamətdə atılmış ən mühüm addımlardandır. Elə həmin ərəfələrdə ABŞ-ın ASA sazişindən çıxacağının mətbuata sızdırılması da təsadüfi görünmür. NATO Baş katibi Yens Stoltenberq isə etiraf edir ki, ABŞ-ın bu addımı da “3 Dəniz” strategiyasına çərçivəsində həyata keçirilən növbəti addımdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər