Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
Bu gün On birinci çağırış İran İslam Respublikası İslami Şura Məclisinin ilk iclası keçirilir.
Ovqat.com-un məlumatına görə, parlamentin ilk iclasını ən yaşlı deputat Seyid Rza Təqəvi aparır.
Bugünkü iclasda Ali Rəhbər Ayətullah Xameneinin mesajı onun nümayəndəsi tərəfindən oxunub. Daha sonra İran Prezidenti Həsən Ruhani çıxış edib.
Parlamentin sədri və rəyasət heyətinin seçilməsi üçün deputatlar növbəti iclasda səs verməli olacaqlar. Növbəti iclasın isə mayın 28-də və ya 31-də keçiriləcəyi gözlənilir.
Parlamentin spikeri postuna Tehranın keçmiş meri Məhəmməd Baqir Qalibaf, sabiq Təhsil naziri Həmidrza Haci Babayi, sabiq Yol və Şəhərsalma naziri Əli Nikzad və başqaları namizədliklərini irəli sürüblər.
Ovqat.com-un bir neçə ay bundan əvvəl verdiyi proqnoza görə, ən şanslı namizəd Məhəmməd Baqir Qalibafdır.
Xatırladaq ki, 16 fevral 2020-ci il tarixli buraxılışımızda yayımlanan Məhəmməd Bağır Qalibaf - “Şahinləşən” İranın kürd əsilli yeni siması sərlövhəli yazımızda növbəti seçkilərindən sonra parlamentin 12 illik spikerinin dəyişiləcəyini və yerinə Tehranın keçmiş merinin seçiləcəyini proqnozlaşdırmışdıq. Bugünkü namizədlər arasında Əli Laricaninin adının çəkilməməsi də proqnozumuzu qismən doğrulayır. Təxminlərimizin tam doğrulub-doğrulmayacağını isə 2 gündən sonra görəcəyik.
Bəs, yeni spiker olacağı gözlənilən Məhəmməd Bağır Qalibaf kimdir?
Gəlin, yazımızın bu sualla bağlı hissəsini yenidən gözdən keçirək.
Laricaninin yerinə gətirilməsi gözlənilən şəxs isə kürd əsillidir. 2010-cu ilə qədər Tehranın bələdiyyə başçısı olan Məhəmməd Bağır Qalibaf gənclik illərindən bəri həm dini liderə sədaqəti, həm də işgüzarlıq qabiliyyəti ilə seçilib.
Onun spiker olacağı qənaətini gücləndirən əsas amil isə Tehrandan namizədliyini verməsi və mühafizəkar qanadının koalisiyası sayılan İİKK siyahısında ilk sırada yer almasıdır.
Tehran bələdiyyəsinin sabiq başçısı olan Qalibaf İran Polis İdarəsinə də rəhbərlik edib. Bundan əvvəl isə İran İslam İnqilabı Keşikçiləri (SEPAH) korpusunun Hava Qüvvələrinin keçmiş komandiri olan Qalibaf ata tərəfdən kürd, ana tərəfdən isə fars əsillidir.
İran-İraq müharibəsinə qatılıb və 22 yaşında Xorasan əyalətindəki SEPAH 5-ci Nümayiş Qərargahının komandiri təyin olunub. Müharibədən sonra SEPAH-n iqtisadi qolu olan Xatəmi-Ənbiya qərargahının, 1996-cı ildə korpusun Hava Qüvvələri komandiri vəzifələrinə təyin edilib. Airbus sərnişin təyyarəsini idarə edə biləcək qədər yaxşı pilot olan Məhəmməd Bağır Qalibaf Tehranın Tarbiat Modares Universitetinin Siyasi Coğrafiya Bölməsini bitirib, hazırda Tehran Universitetində dosentdir.
Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnən 9-cu İran Prezident seçkilərində namizəd olmuş Qalibaf 17 Sentyabr 2005-ci ildə Tehran Bələdiyyə Məclisi tərəfindən bələdiyyə başçısı təyin edilib. Qalibaf bu sahədə ciddi uğurlar qazanıb və 2008-ci ildə beynəlxalq təşkilat olan Worldmayor tərəfindən dünyanın 8-ci ən yaxşı bələdiyyə başçısı adına layiq görülüb.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar