Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
ABŞ prezidenti Donald Tramp bu gün ənənəvi Twitter paylaşımıyla yenə aləmi bir-birinə qatıb.
Ovqat.com xəbər verir ki, Trampın budəfəki hədəfi ABŞ-ın 3 gündür sakitləşmək bilməyən Minneapolis şəhəri olub.
Corc Floyd adlı zənci vətəndaşın polislər tərəfindən öldürülməsinə etiraz edən minlərlə Minneapolis sakininin törətdiyi iğtişaşı qınayan Donald Tramp üsyançıları Milli Mühafizlər tərəfindən cəzalandırmaqla təhdid edib.
O, Twitter paylaşımında yazıb: “Kresloma yaslanıb Minneapolisdə baş verənləri laqeydliklə izləyə bilmərəm. Ya Minneapolisin çox zəif, solçu bələdiyyə sədri Jacob Frey tələsik şəhəri nəzarət altına alsın, ya da mən Milli Mühafizləri göndərib məsələni həll edərəm”.
Trampın bu paylaşımından sonra Minneapolisdə vəziyyət daha da qarışıb. Maraqlıdır ki, Twitter ABŞ prezidentinin bu paylaşımına “şiddəti artıran bəyanat” olduğu üçün senzura tətbiq edib.
Minneapolis üsyançıları polis idarələrini və bəzi böyük alış-veriş mərkəzlərini yandırıblar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar