Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın Böyük Britaniyanın nüfuzlu Atlas Beynəlxalq Məsələlər İnstitutunda “Ermənistan hansı həll yolunu seçir: inteqrativ, yoxsa cəzalandırıcı?” başlıqlı məqaləsi dərc olunub.
Ovqat.com xəbər verir ki, məqalədə Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamaqla öz yurd-yuvalarından didərgin düşmüş insanların vətənlərinə qayıtmaq hüquqlarının əllərindən alması faktı vurğulanır, münaqişələrin “inteqrativ və cəzalandırıcı” həll yollarına dair yanaşmalar Ermənistan-Azərbaycan münaqişəsi kontekstində nəzərdən keçirilir.
Qeyd olunur ki, Ermənistanın təcavüzkar və işğalçı siyasəti ilə üzləşmiş Azərbaycan bütün bunlara baxmayaraq davamlı inkişaf yolu keçib, regional və beynəlxalq miqyasda həyata keçirdiyi iri enerji və nəqliyyat layihələri, eləcə də artan beynəlxalq nüfuzu ilə artıq “orta miqyaslı güc”ə çevrilib. Ermənistan isə öz işğalçı siyasətindən əl çəkmədiyi müddətdə bütün regional enerji və infrastruktur layihələrindən kənarda qalmaqla özünütəcrid siyasətinə məhkum etməyə davam edir.
Bundan əlavə, qeyd edilir ki, hər bir münaqişənin öz fərdi xüsusiyyətləri var, lakin heç bir münaqişə əbədi deyil. “Azərbaycan bu ədalətsiz münaqişə nəticəsində itirdiyi torpaqlarının bir qarışını da güzəştə getməyəcəyini dəfələrlə bəyan edib. Azərbaycanın artan iqtisadi və siyasi potensialı və nüfuzu qarşısında Ermənistan rəsmilərinin “çiçəklənən Ermənistan” barədə səthi bəyanatları müqayisəedilməzdir. Hər bir münaqişənin isə qalib və məğlub tərəfləri olur”,- deyə müəllif əlavə edir.
Münaqişələrin həlli ilə bağlı mövcud olan “inteqrativ və cəzalandırıcı” həll yollarına diqqət çəkilərək qeyd edilir ki, əgər Ermənistan nəhayət ki, vəziyyəti real qiymətləndirib öz işğalçı siyasətindən əl çəkərək, səmimi şəkildə danışıqlar prosesini davam edərsə, işğal etdiyi torpaqları geri qaytararaq məcburi köçkünlərin öz yuvalarına qayıtmaları üçün şərait yaradarsa, o zaman onun üçün “inteqrativ” həll yolu seçilə bilər: “Bu halda Azərbaycan Ermənistanla əlaqələri, kommunikasiyaları bərpa edər və bu dövlətin bu zamanadək kənarda qaldığı regional enerji və infrastruktur layihələrində iştirakı da nəzərdən keçirilə bilər. Əks təqdirdə, əgər Ermənistan öz işğalçı siyasətini davam edərsə, o zaman Azərbaycanın öz ərazi bütövlüyünü gec-tez bərpa etdikdən sonra Ermənistan üçün yeganə yol “cəzalandırıcı” ola bilər. Bu isə qalib və məğlub tərəf arasında güclü asimmetriya yaratmaqla məğlub tərəfin daha da təcrid edilərək asılı vəziyyətə salınması deməkdir. Görünür ki, nə keçmiş, nə də indiki Ermənistan rəhbərliyi öz ölkələrini düşdüyü bu acınacaqlı vəziyyətdən çıxartmaq haqqında təsəvvürləri olmayıb və indi də yoxdur. Buna görə də, Ermənistan hələ ki potensial “cəzalandırıcı” həll yolunu seçir və bunu etməklə o, öz xalqını bu gün və gələcəkdə cəzalandırmaqda davam edir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar