Xəbər lenti

 
Qaradərili ABŞ vətəndaşı Corc Floydun polis zorakılığına məruz qalaraq öldürülməsiylə ölkədə baş verən iğtişaşları yatırmaq üçün meydana 10 min əsgər çıxarmaq istəyən Prezident Donald Trampla Pentaqon arasında ziddiyyətlər böyüyür.
 
Ovqat.com CNN-ə istinadən xəbər verir ki, Trampın bu tələbinə həm ABŞ Müdafiə naziri Mark Esper, həm də Baş qərargah rəisi Mark Milli qarşı çıxıb.
 
Məlumata görə, Esper prezidentə Vaşinqtona təxminən 1600 əsgər göndərildiyini, ancaq partayxtda onsuz da 5000 milli qvardiyaçı olduğundan əsgərlərin köməyinə ehtiyac duyulmadığı və keçən cümə axşamı hərbçilərin şəhəri tərk etməyə başladığını bildirib.
 
Trampla Baş Qərargah rəisi  arasındakı müzakirələr daha gərgin keçib. Bildirildiyinə görə, Mark Milli Vaşinqtonda əsgərlərə ehtiyac olmadığını sərt şəkildə prezidentin diqqətinə çatdırıb.
 
İddialara görə, Tramp və ona yaxın qüvvələr ölkədə getdikcə artan etiraz dalğasına “yetərli diqqət ayırmayan” ayırmayan hərbi qüvvələrin prezidenti gözdən salmaq və hakimiyyətdən uzaqlaşdırmaq istədiklərindən şübhələnir. 
 
Xatırladaq ki, bu il ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Trampın seçkiöncəsi bu cür xöşagəlməz sürprizlərlə qarşılaşması ciddi nüfuz itkisinə və dolayısıyla ikinci dəfə seçilməsinin əngəllənməsinə səbəb ola bilər.
 
 
 
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 075          Tarix: 7-06-2020, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma