Xəbər lenti
Dünən, 23:11
Dünən, 22:52
Dünən, 15:45
Dünən, 14:25
Dünən, 13:15
Dünən, 10:18
1-02-2025, 23:34
1-02-2025, 20:25
1-02-2025, 19:48
1-02-2025, 18:45
1-02-2025, 16:55
1-02-2025, 14:20
1-02-2025, 13:12
Twitter Rusiya, Çin və Türkiyəyə aid 10 minlərlə troll hesabını bağlayıb.
Ovqat.com xəbər verir ki, sosial şəbəkə yetkililəri həmin hesablardan hökumət lehinə dezinformasiyalar və təbliğat paylaşımları yayıldığı üçün bu addımı atdıqlarını bildiriblər.
Məlumata görə, təkcə Türkiyəyə aid 7 min 340 hesab dondurulub. Həmin hesabların əksəriyyətinin AKP-nin Gənclik qoluna aid olduğu bildirilir.
"Platformamızın hesab davranışlarına əsaslanaraq apardığı təhlillər göstərdi ki, bu saxta hesablar AKP-nin lehinə siyasi gündəm yaratmağa və prezident Ərdoğana güclü dəstək verməyə çalışır",- Twitter belə açıqlayıb.
Bildirildiyinə görə, hesabların təhlili ABŞ-dakı Stanford Universitetinin İnternet Monitorinqi (SIO) tərəfindən aparılıb. SİO-nun hazırladığı hesabatda qeyd olunur ki, bu hesabların yeganə məqsədi AKP-nin təbliğatı imiş və haqsız siyasi rəqabətə yol açırmış. Əksəriyyətinin real şəxslər olmadığını müəyyənləşdirən Monitoriq mərkəzinin hesabatına görə, bu səhifə və profillərdən AKP-ni tərifləyən tvitlər atılır və ya CHP və HDP kimi müxalifət partiyalar hədəfə alınırdı. İddialara inansaq, saxta profillərdən əsasən 2017-ci il referendumunda təşviqat kampaniyasını, AKP-nin Liviya, Suriya və Türkiyədəki hərbi əməliyyatları dəstəkləmək üçün istifadə edilib. Qeydə alınan saxta paylaşımların sayı isə 37 milyona yaxın imiş.
Qeyd edək ki, Twitter bundan 2 həftə əvvəl ABŞ prezidenti Donald Trampı da “qaralamışdı”. Prezidentin ABŞ-da keçirilən etiraz aksiyaları barədə yazdığı paylaşıma giriş yasağı qoyan sosial şəbəkə onun sözləri üzərinə "Bu Tweet şiddəti təbliğ etdiyi üçün Twitter qaydalarını pozmuşdur” xəbərdarlığı yapışdırmışdı.
Sosial şəbəkələrdə hökumətlərin troll fəaliyyətilə məşğul olduğunu nəzərə alsaq, Twitter-in bu addımı başadüşüləndir. Azərbaycanda daha çox istifadə olunan Facebook-un da eyni siyasəti yürüdüb-yürütməyəcəyi hələlik bəlli deyil. Fəqət sosial şəbəkələrin bir-biriylə rəqabət apardığından bu ehtimal istisna edilə bilməz.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər