Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
"ABŞ hərbçiləri bundan sonr digər ölkələrin ərazi bütövlüyünü bərpa etməyəcək və başqa coğrafiyalarda yaşanan münaqişələrin həllinə çalışmayacaq".
Ovqat.com-un məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Tramp Nyu Yorkda "West Point" hərbi akademiyasının məzunları qarşısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ artıq “sonsuz müharibələr dövrünə son qoyur" və ordunun bundan sonrakı missiyası müdafiə və xarici qüvvələrdən qorunmaq olacaq.
İlk baxışdan, bir “el ağsaqqalı”nın eldən inciməsi zamanı dilə gətirdiyi giley-güzara bənzəyən bu sözləri Trampa söylədən isə NATO müttəfiqlərinin hərbi büdcəsini ÜDM-nın 2%-ə yüksəltməməsidir. NATO Nizamnaməsinin bu tələbini yerinə yetirməyən Qərbi Avropa dövlətləri isə ABŞ-ın Rusiya ilə münasibətləri gərginləşdirməsini istəmir, bunu Vaşinqtonun böyük silah şirkətlərinin maraqlarına xidmət etməsi kimi qiymətləndirirlər. Onların fikrincə, ABŞ qəsdən Rusiyanı qıcıqlandıraraq Avropanı daha çox özündən asılı vəziyyətə salır və onlara yeni müdafiə silahları satmağa çalışır. Halbuki Rusiyanı ram etməyin ən qısa yolu onunla iqtisadi əməkdaşlıqları gücləndirmək və təhdid olaraq gördüyü amilləri aradan qaldırmaqdır. Yalnız bu yolla Rusiyanı sakitləşdirmək və demokratik açılımlara cəlb etmək olar.
ABŞ isə süni konfliktləri gərginləşdirmə siyasətini təkcə Avropa ölkələrində də həyata keçirmir. Dünya sənayesinin qan nasoslayan ürəyi sayılan Yaxın Şərq də eyni siyasətin acı meyvələrini dadır. Məzhəb müharibələri poliqonuna çevrilən regionda İran Səudiyyə Ərəbistanına, Səudiyyə Ərəbistanı Türkiyəyə qarşı qoyulur. Amansız rəqabətin yaşandığı Yaxış Şərqdə ABŞ silahlarına tələbat atır və bölgə ciddi şəkildə silahlanır. Yaxın Şərqə ən çox silah satan isə yenə ABŞ-ın hərbi sənaye müəssisələri olur. Hakimiyyətə gələndə ilk xarici səfərini Səudiyyə Ərəbistanına edən Trampın rəsmi Riyadla dəyəri 100 milyarlarla ölçülən hərbi müqavilələr bağlaması İran-ərəb ölkələri ziddiyyətinin Vaşinqton üçün nə qədər böyük əhəmiyyət daşımasından xəbər verir. Maraqlıdır ki, Yaxın Şərqdə də oynanılan qumarın əsas aktorlarından biri kimi Rusiya ön plana çıxır.
ABŞ isə istər “qoca qitə”də, istərsə də Yaxın Şərqdə Kremlin “qırmızı cizgiləri”nə müdaxilə edərək, faktiki olaraq gərginliyi artırır, tərəf müqabillərini, o cümlədən Qərbi Avropanı rus təhdidi altında saxlayır. Üstəlik, müttəfiqlərinin ərazisində saxladığı hərbi qüvvələrini geri çəkərək onları təhdid qarşısında müdafiəsiz qoyur. Ağ evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayanın Almaniyadakı hərbi qüvvələrinin sayını 25 minə qədər azaltmaq barədə təlimat verdiyinə dair xəbərlər də bunun göstəricisidir.
Bu da azmış kimi, Donald Trampın indən belə heç bir xarici dövlətin ərazisini qorumayacaqlarını bəyan etməsi faktiki olaraq NATO alyansının varlıq səbəbini ortadan qaldırır və II Dünya savaşından bəri müxtəlif ABŞ Prezidentlərinin adıyla anılan hərbi doktrinlərdən imtina edilməsi mənasına gəlir. Məqsəd isə öz müttəfiqlərini silaha daha çox pul xərcləməyə vadar etmək, mümkün olarsa, onlara bəzi silahları satmaqdır.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra istər Prezident Herri Trumen, istər Eyzenhover, istər Karter, istərsə də Reqan ve Buş hərbi doktirinlərində ordunun öhdəsinə təkcə ABŞ-ın deyil, bütünlüklə dünyanın müxtəlif təhlükələrdən qorunması öhdəliyi qoyulurdu. Trampın “öz qabığına çəkilmək” fikirləri isə bu strategiyaların heç birinə cavab vermir, daha çox 1823-cü ildə Prezident Ceyms Monro tərəfindən qəbul edilmiş hərbi doktrinaya oxşayır. Monro doktrinası adlanan həmin prinsiplər dünyanın bölüşdürülməsi siyasətinə qarışılmayacağı və “öz qabığına çəkiləyəcəyi” vədi verilirdi.
19-cu əsrdə Cənubi Amerikanın Avropa ölkələri tərəfindən koloniyalaşdırılmasına laqeydliyin bəyan olunduğu həmin doktrina zəif ABŞ-ın özünümüdafiə strategiyası idi. Güclü Avropa dövlətlərinin bir-birini yeyib bitirməsiylə nəticələnən iki dünya savaşına qədər Vaşinqtonun hərbi və xarici siyasətinin əsas strateji cizgisinə çevrilən Monro doktrinasından II Dünya müharibəsində imtina olundu və ABŞ nəinki öz qitəsində, hətta Avropa və Uzaq Asiyada müharibəyə atıldı. Alman faşizminə qarşı açdığı ikinci cəbhəylə müharibənin taleyini dəyişən ABŞ dünyanın əsas super gücü statusunu qazandı və bu xüsusiyyətini indiyədək sürdürür. İndisə özünün ən güclü zamanında ABŞ prezidenti ortaya çıxıb dünya jardarmalığından imtina edir. Bu isə ABŞ-ın 200 il əvvələ qayıtması deməkdir.
Sual oluna bilər: ABŞ niyə Monro doktrinasına qayıdır?
Məsələ burasındadır ki, ABŞ prezidenti Donald Trampın ilk baxışdan Monro doktrinlərinə qayıtması kimi görünən sözləri əslində imrerialist siyasətin şəkil dəyişdirməsindən başqa bir şey deyil. Başqa sözlə desək, Donald Tramp siyasəti formaca Monro doktrinasına oxşasa da, mahiyyətcə dünya ağalığını möhkəmlətməyə xidmət edir.
Mahiyyətlə forma arasındakı bu ziddiyyət iki səbəbdən qaynaqlanır. Səbəblərdən biri iqtisadidir. Bəlli olduğu kimi, soyuq savaşdan sonra dünyanın təkqütblü liderinə çevrilmək istəyən ABŞ-ın qloballaşma siyasəti onun özündən çox, Çinin işinə yaradı. Ucuz əmək qüvvəsiylə transmilli şirkətləri özünə cəlb etməyi bacaran Çin getdikcə böyüdü. Qlobal dünyanın iqtisadi şərtləri ABŞ sənaye müəssisələrinin də Çinə axışmasına yol açdı. Bu da istər-istəməz Çini iqtisadi cəhətdən böyüdərək ABŞ-dan ön sıraya çıxarmaqdadır. Liderliyi əlindən verməməyə çalışan Vaşinqton bu neqativ gedişata yox deməliydi. Tramp da məhz bu səbəbdən “öz qabığına çəkilmək” siyasətinə üstünlük verdi, Çin istehsalı olan bəzi məhsullara böyük faizli gömrük rüsumları tətbiq etdi. Beləcə, ABŞ-la Çin arasında rəqabət iqtisadi savaşa çevrildi. Məqsəd Çinə axan sənaye potensialını yenidən ABŞ-a qaytarmaqdır.
Sözsüz ki, dünya hegemonluğu təkcə iqtisadi üstünlüklə əldə oluna bilməz. Həm də transmilli şirkətlərin maraqlarını və təhlükəsizliyini təmin etmək üçün hərbi qüdrətini də artırmalı, dünyanın əksər bölgələrinə yerləşdirməlisən. Bu isə böyük məsrəf tələb edir və xərcləri qarşılamaq üçün dostların “bol kisəsindən” də faydalanmalısan.
Soyuq savaş dönəmində ABŞ-ın bu sahədə işi rahat idi. Necə olsa, dünyanı kommunist inqilabları ilə təhdid edən Rusiya vardı və öz ideologiyasını xarici dövlətlərə ixrac edirdi. Üstəlik, Kreml nüvə silahlarıyla hərbi qüdrətini də artırır və dünyanı atom bombaları ilə lərzəyə salırdı. Dünya da qaçıb ABŞ-ın arxasında gizlənirdi. İndisə nə həmin SSRİ mövcuddur, nə də “proletariat” inqilabı kabusu. Əksinə, “rus kabusu” öz yerini Qərblə iqtisadi əməkdaşlığa can atan Rusiyaya verib. O Rusiyaya ki, Qərbin iri şirkətləriylə rəqabət aparmaq iddiasında da deyil və istəsə də buna gücü çatmaz. Rusiya Qərb ölkələrinə sənayesini canlandıracaq enerji resursları verib, ondan sənaye malları almaq istəyir. Hər iki istək Qərbi Avropanın maraqlarına tam cavab verir. Belə bir halda Avropanın ABŞ-a ehtiyacı ortadan qalxır.
Vaşinqton getdikcə köhnə müttəfiqlərini belə, Rusiyaya uduzacağını görüb əvvəlki vəziyyəti qaytarmağa ehtiyacı var. Bu da “rus kabusu”nun yenidən xortladılmasından asılıdır.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar