Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:17
Dünən, 16:49
Dünən, 15:30
Dünən, 14:18
Dünən, 13:53
Dünən, 11:19
Dünən, 10:14
Dünən, 09:24
28-11-2024, 22:53
28-11-2024, 21:42
28-11-2024, 20:38
28-11-2024, 18:24
28-11-2024, 17:12
28-11-2024, 16:24
28-11-2024, 16:00
Son parlament seçkilərində 104 saylı seçki dairəsindən deputat seçilən Arzu Nağıyevin rəqibi olmuş iqtisadçı ekspert Elçin Qurbanov keçmiş opponentini Qazax rayonunda baş verən özbaşınalıqlara laqeydlikdə günahlandırıb.
Ovqat.com-un məlumatına görə, Arzu Nağıyevə ünvanladığı müraciətində onun mandatını seçicilərdən almadığını, deputatlığa təyin olunduğunu bildirib.
Ekspert bildirib ki, hər gün Tovuz rayonundan xeyli sayda insan ona zəng edir və rayondakı problemlərdən danışır. O problemlər həmin insanların təmsilçiliyinə iddia edən və cibində saxta deputat mandatı daşıyan Arzu Nağıyevə də bəllidir: “Arzu müəllim, siz o insanların deputatı təyin olunmusunuz. Nə üçün seçicilərin problemləriylə maraqlanmırsınız? Nə üçün bu problemləri müvafiq qurumlar qarşısında qaldırmırsınız?”
Elçin Qurbanov Tovuz rayon icra başçısının da “bostanına daş atıb”. Onun iddiasına görə, rayonda “Dərman Məmməd” kimi tanınan icra başçısı bizneslə məşğul olur. Səlahiyyətlərindən sui-istifadə edərək rayonun bütün gəlirli sahələrini mənimsəyib. Dərman ticarətiylə gözü doymayan rayon rəhbəri qanunsuz yolla ələ keçirdiyi torpaq sahələrində kök əkinçiliyi ilə məşğul olur. Bu sahədə isə monopoliya yaradan başçı Gürcüstandan gələn müştərilərinə ancaq öz məhsullarını satılmasına göstəriş verib. Rayonun hüquq mühafizə orqanları da onun bu qanunsuz işgüzar fəaliyyətinə şərait yaratmaqla məşğuldur”.
İqtisadçı ekspertin ittiham dolu çıxışını təqdim edirik.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar