Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyevə sözün əsl mənasında yalvarıb. O, İlham Əliyevdən hökumətini möhkəmləndirmək və hakimiyyətin digər qollarını da zəbt etmək üçün vaxt istəyib.
Ovqat.com Ermənistanın Tert.am saytına istinadən xəbər verir ki, bu iddianı Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın kürəkəni, Vatikandakı sabiq səfir Mikael Minasya “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı video-müraciətində irəli sürüb.
Saytın “Paşinyan Əliyevə yalvararaq vaxt istəyib” sərlövhəli məqaləsində bildirilir ki, Mikael Minasyanın budəfəki videomüraciəti “Düşmənlə gizli sövdələşmə: ölkəni cəhənnəmə çevirən mənəviyyatsız fərsiz” adlanır:
“Müraciətində “lift diplomatiyası” haqda danışan Minasyan bildirib ki, Nikol Paşinyan müharibədən və hətta cəbhə bölgəsində vəziyyətin gərginləşməsindən çox qorxur:
“Düşənbədə İlham Əliyevlə təkbətək görüşmək fürsətini bu üzdən əldən verməyib. Həmin vaxt Naxçıvan istiqamətində ciddi problemlərin olmasına baxmayaraq, Nikol Paşinyan Ermənistan Respublikasının və erməni xalqının maraqlarına zidd şəkildə İlham Əliyevə yalvarıb, ondan sülh istəyib. Çünki Paşinyana hakimiyyətini möhkəmləndirməsi üçün vaxt lazımdır. O, referendum təşkil edərək, hakimiyyətin digər qollarını da ələ keçirməyə hazırlaşır”, - deyə M.Minasyan qeyd edib.
Mikael Minasyan hesab edir ki, məlum aprel döyüşlərindən sonra Ermənistan diplomatiyası müəyyən uğurlar əldə etmişdi: “Bu uğura hər bir hakimiyyət can atıb. Çünki o olmadan, Ermənistan daim təhlükədədir. Ermənistan hakimiyyəti durmadan cəbhə bölgəsində atəşkəs rejiminin pozulmasının qarşısının alınması üçün müşahidə missiyası tələb edir, atəşkəsi pozan tərəfin müəyyənləşdirilməsi üçün mexanizm istəyir. Çünki bu, Azərbaycanın müharibəyə başlamasının qarşısını ala bilər. Ermənistana müharibə lazım deyil”.
Mikael Minasyan bildirib ki, aprel döyüşlərindən sonra erməni diplomatiyası məhz bu məsələnin yüksək səviyyədə müzakirəsinə nail olmuşdu. O zaman Rusiya, ABŞ və Fransanın xarici işlər nazirlərinin iştirakı ilə Vyanada Ermənistanla Azərbaycan arasında müvafiq sənəd də imzalanmışdı. Həmin sənəddə münaqişə bölgəsində beynəlxalq müşahidəçilərin sayının artırılması, qoşunların təmas xətti boyunca zəruri texniki avadanlıqların quraşdırılması nəzərdə tutulurdu: “Bu baş versəydi, bununla da cəbhə bölgəsində insidentlərin sayını sıfıra endirə bilsəydik, müharibə təhlükəsi aradan qalxardı. Ən əsası, hər gün qurban verməzdik. Amma hakimiyyəti tam əla almağa çalışan, bunun üçün isə İlham Əliyevə yalvaran Nikol Paşinyan Vyana və Sankt-Peterburq razılaşmalarını güzəştə getdi. Fikir verirsinizsə, Düşənbə görüşündən sonra Vyana razılaşmasından heç kim bəhs etmir – nə Minsk qrupunun həmsədrləri, nə Nikol Paşinyan, nə də İlham Əliyev”.
Minasyan hesab edir ki, belə şəraitdə Paşinyan “Dağlıq Qarabağ münaqişənin həllinə dair yeni prosesə başlayırıq” bəyanatını verməyə məcbur olub. Guya o, danışıqlar prosesini sıfırlayır və hər şey yenidən başlayır.
“Hesab edirəm ki, qatar artıq gedib. Nikol Paşinyan Ermənistanın ən böyük diplomatik nailiyyətlərindən birini öz hakimiyyətini möhkəmlətməyə sərf etdi. Bu, ona aktyor Haykonu Yerevan meri təyin etmək, qaynı Hraçı isə deputat seçdirmək imkanı verdi”, - deyə Ermənistanın Vatikandakı sabiq səfiri bildirib.
Minasyanın sözlərinə görə, Azərbaycan Ordusu hər ilin yazında Naxçıvan istiqamətində mövqelərini möhkəmləndirərək irəliləməyə çalışıb, lakin Ermənistan silahlı qüvvələri buna imkan verməyib. Eyni hal 2018-ci ilin aprelində də yaşanıb: “2018-ci ilin mayında isə Ermənistanda vəziyyət dəyişdi. Ermənistan rəhbərliyi bu istiqamətdə müqaviməti gücləndirmək üçün konkret əmrlər vermədi. Nəticədə azərbaycanlılar erməni kəndlərinə yaxınlaşaraq, 5 kilometrlik məsafəni 750-1500 metrədək azalda bildi. Misal kimi, Areni kəndini göstərmək olar”.
Sabiq səfir deyir ki, artıq Azərbaycan tərəfi payızda nəzarət altına götürdüyü mövqelərdə yeni mühəndis-istehkam qurğuları tikir, tam təchizat üçün infrastruktur yaradır, bununla həmin mövqelərdə möhkəmlənir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar