Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
“ABŞ-ın Almaniyadakı qoşunları Polşaya yerləşdirilə bilər”.
Ovqat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp polşalı həmkarı Andrey Duda ilə ikitərəfli görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.
Bildirildiyinə görə, ABŞ-da işgüzar səfərdə olan Andrey Dudanın ölkə Konqresində və Ağ evdə mühüm görüşlər keçirib. Görüşlərdə əsasən ABŞ qoşunlarının Polşada yerləşdirilməsi məsələsi müzakirə edilib və ümumi razılıq əldə olunub.
Xatırladaq ki, bu ayın əvvəlində ABŞ-ın ünlü “Wall Street Journal” nəşri Ağ evə istinadən yaydığı xəbərdə Trampın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayanın Almaniyadakı hərbi qüvvələrinin sayını 25 minə qədər azaltmaq barədə təlimat verdiyini yazmışdı. Bu məlumat Qərbi Avropa ölkələrində şok effekti yaratsa da, Şərqi Avropanı, xüsusilə Polşanı xeyli sevindirmişdi. Polşanın Baş naziri Mateuş Moraviyeski alman mediasına verdiyi açıqlamada bildirmişdi ki, Rusiyanın Krımı ilhaq etdikdən sonra Donetski hövzəsində törətdiyi münaqişə indi də sürməkdədir və Avropanı əsl təhlükə Polşanın şərq sərhədlərində gözləyir: “Amerika qoşunlarının şərq sərhəddimizə köçürülməsi bütün Avropa qitəsinin təhlükəsizliyini artıracaqdır”.
Məsələ burasındadır ki, Soyuq savaş dövründə Avropanı öz himayəsi altına alan ABŞ qoşunlarının əksər hissəsini Almaniyada yerləşdirmişdi. Soyuq savaş illərində Almaniyadakı ABŞ əsgərlərinin sayı 80 minə yaxınlaşdığı halda, SSRİ-nin dağılmasıyla bu rəqəm tədricən azaldılmış, son dövrlərdə 34.500-ə endirilmişdi. Robert O'Brayanın son təlimatından isə məlum olurdu ki, ABŞ daha 9.500 əsgərini də Almaniyadan çıxarmaq istəyir və Almaniyadakı əsgər sayını 25 minə düşürməyi planlaşdırır.
Tramp hakimiyyəti bu addımının səbəbini Almaniya və digər Qərbi Avropa dövlətlərinin NATO Nizamnaməsini şərtlərinə əməl etməməklə - ÜDM-nin 2%-ni hərbi büdcəyə ayırmamaqla əsaslandırır. Başqa sözlə desək, Qərbi Avropa ölkələrini ABŞ istehsalı olan silahları az almaqda ittiham edir.
Təkcə Trampın deyil, ondan əvvəlki Obama hökumətinin də NATO müttəfiqləri qarşısında əsas şərtlərindən olan bu tələblərin yerinə yetirilməməsi Vaşinqtonun Rusiya ilə gərginliyi qəsdən qızışdıraraq bundan sui-istifadə etmək və Alyansın hərbi büdcəsini artırmaq, beləcə ABŞ silah sənayesinə yeni bazar qazandırmaq niyyətilə əlaqələndirilir. Üstəlik, Avropa İttifaqı ABŞ-ın NATO-dan imperialist siyasəti üçün istifadə etdiyinə və “qoca qitə”nin maraqlarını nəzərə almadığına inanır.
NATO daxilində Qərbi Avropa ölkələri ilə ABŞ arasında yaranan bu ziddiyyətdən faydalanan Polşa isə Rusiyadan qorunmaq üçün ABŞ əsgərlərinə öz torpaqlarında yer verməyi qənimət bilir və belə görünür ki, Polşa prezidentini də Vaşinqtona aparan bu arzu olub. Tramp da bugünkü mətbuat konfransında Polşanın bu arzusunu yüksək qiymətləndirib və iki ölkə arasında bağlanacaq hərbi sazişi dörd gözlə gözlədiyini etiraf edib: “Polşa ABŞ-dan 32 ədəd F-35 təyyarəsi alacaq . Biz Polşa ilə müdafiə sazişinin bağlanmasını səbirsizliklə gözləyirik."
Donald Trampın sözlərinə görə, ABŞ və Polşa arasında təkcə hərbi saziş bağlanmayacaq. Liderlərin masasında hərbi saziş qədər əhəmiyyətli olan digər əməkdaşlıq mövzuları da var. Söhbət çoxşaxəli enerji əməkdaşlığından gedir.
"Biz, həmçinin Polşa ilə atom enerji obyektlərinin işlənməsinə dair razılaşma üzərində işləyirik",-Tramp mətbuat konfransındakı çıxışında belə deyib.
Polşanın atom dövlətinə çevrilmə perspektivi anlamına gələn bu anons Rusiyanın qulağı dibində nüvə təhlükəsi yaratmaq deməkdir.
Polşanı enerji sahəsində "3 Dəniz təşəbbüsü" münasibətilə təbrik edən Donald Tramp bildirib ki, bu, Şərqi Avropada etibarlı enerji mənbəyinin təmin edilməsi sahəsində mühüm enerji tərəfdaşlığıdır: “Həmin layihə də hər bir xarici ölkəyə qarşı zorakılığın qarşısını alacaq”.
Rusiyanı qıcıqlandıracaq əsas xüsuslardan biri də Polşanın “3 Dəniz strategiyası”na ABŞ-dan xeyir-dua alması ola bilər. Zira “3 Dəniz strategiyası” Polşanın yenicə ortaya artdığı hərbi-strateji doktrina deyil və 80 il əvvəl Avropanı ölüm-qalım mübarizəsinə sürükləmişdi. Belə ki, İkinci Dünya Müharibəsi zamanında SSRİ ilə Almaniyanın genişlənmə siyasətinə qarşı Polşa tərəfindən irəli sürülən bu proje Adriatik dənizi, Baltik dənizi və Qara dəniz sahillərində yerləşən dövlətlərin federativ birliyini nəzərdə tuturdu. Həmin illərdə sovet və faşist işğalı ilə nəticələnən və Almaniyanın uduzmasıyla Rusiyanın hegemoniyası altına girən bu ölkələr bir də SSRİ dağıldıqdan sonra müstəqillik qazandılar. Varşava bir daha rus işğalına məruz qalmamaq üçün həmin layihəni yenidən canlandırmaq və həyata keçirmək niyyətindədir.
Üstəlik, məqsəd Şərqi Avropa ölkələrini Rusiyaya qarşı qorumaq da deyil. Məqsəd həm də Avropa İttifaqına inteqrasiyasına baxmayaraq, bu birlikdən faktiki heç nə qazanmayan Şərqi Avropa ölkələrini birgə iqtisadi əməkdaşlığa cəlb etmək və gücləndirməkdir. Layihədə Avstriya, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Ukrayna, Slovakiya və Sloveniyanın vahid iqtisadi və siyasi əməkdaşlıq çətiri altında birləşməsindən gedir. “3 Dəniz” layihəsində yer alacağı nəzərdə tutulan bu 12 ölkə Avropa İttifaqı əhalisinin 25 faizindən çoxuna malik olsa da, onların iqtisadi gücü İttifaqın ÜMD-nin 12%-ə bərabərdir. Məlum layihənin də başlıca məqsədi Şərqi Avropanın iqtisadi gücü Qərbi Avropaya yaxınlaşdırmaq və onları qitənin aparıcı qüdrətinə çevirməkdir.
Donald Tramp çıxışında Polşanın bu təşəbbüsünü dəstəkləməklə, “3 Dəniz” layihəsinin arxasında məhz Vaşinqtonun dayandığını bir daha təsdiqlədi. Təsadüfi deyil ki, məhz bu ölkələrin müdafiə ehtiyaclarından istifadə edərək Avropanı ABŞ-ın LNG qazıyla təchiz etməyi planlaşdıran Vaşinqton mərkəzi “santral” olaraq da Polşanı seçib. Avropa “rus qazı asılılığından xilas edilərsə” “qoca qitə”nin əsas enerji mərkəzinə çevriləcəyini düşünən Varşava da bu sektordan qazandığı pulla ölkəsinə yerləşdirilən ABŞ orudusunu asanlıqla maliyyələşdirəcəyini və özünün də qazanacağını düşünür. Beləcə, ABŞ da Avropadan umduğu vəsaiti Polşanın vasitəsilə qazanacağından Varşavayla iqtisadi və hərbi əməkdaşlığa müsbət yanaşır.
Trampın bugünkü çıxışında da bu xüsus ön plana çıxırdı. Onun sözlərinə görə, NATO ilə müttəfiqlik ilk növbədə Avropa ölkələrinə vacibdir. "Amma onlardan bəziləri NATO-ya ödəməli olduqları məbləği ödəmirlər. Polşa isə bu öhdəliklərini yerinə yetirən 8 ölkədən biridir. Digərləri bu məsələyə diqqətsiz yanaşırlar”,- Tramp belə deyib.
Tramp Polşanın “diqqətli”liyini yüksək qiymətləndirib və Almaniyadan çıxaracağı qoşunları həmin ölkəyə yerləşdirə biləcəyini vurğulayıb.
ABŞ Prezidenti çıxışında Rusiya və Almaniya arasındakı enerji əməkdaşlığını da sərt tənqid atəşinə tutaraq deyib: "Almaniya Rusiyadan enerji almaq üçün milyardlarla dollar xərcləyir. Onlar Rusiyaya milyardlarla dollar sərf edirlər, amma müdafiəyə gəldikdə, biz onları Rusiyadan qorumalıyıq. Mən düşünmürəm ki, Almaniya xalqı da bu vəziyyətdən razıdır."
ABŞ-la Almaniya arasındakı ziddiyyətlər arasında qalan Polşa prezidenti Dudanın bu çətin vəziyyəti mətbuat konfransındakı çıxışında da öz əksini tapıb. O, özünün də NATO Baş katibi Yens Stoltenberq kimi, ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarını alqışlamadığı qeyd edib, amma lazım gələrsə, həmin əsgərləri Polşada yerləşdirə biləcəyini də gizlətməyib: "Mən Prezident Trumpdan qoşunları Avropadan çıxarmamasını xahiş etdim. Lakin Polşa lazım gələrsə, daha çox Amerika qoşununu yerləşdirməyə hazırdır”.
Polşanın ABŞ qoşunlarına qucaq açmasına və “3 Dəniz” strategiyasını istiqamətində real addımlar atmasına Moskvanın laqeyd qalması isə mümkün görünmür. Çünki hər iki siyasət Rusiyanın sıxışdırılaraq, içinə qapanması və dünya gücü kimi sıradan çıxarılması mənasına gəlir. Üstəlik, söhbət həm də Avropanın qaz ehtiyacının 40%-i kimi böyük bazarı itirmək gedirsə, Moskvanın bununla razılaşmayacağına şübhə yoxdur.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar