Xəbər lenti
Bu gün, 21:39
Bu gün, 20:06
Bu gün, 13:22
Bu gün, 12:26
Bu gün, 11:35
Bu gün, 10:46
Bu gün, 09:16
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
ABŞ Prezidenti Donald Trampın Almaniyadakı 34,500 əsgərindən 9,500-nü geri çəkmək planı Varşavanı sevindirib.
Ovqat.com xəbər verir ki, Polşanın Baş naziri Mateuş Moraviyeski alman mediasına verdiyi açıqlamada həmin əsgərləri öz ölkələrində “sevinə-sevinə” yerləşdirməyə hazır olduqlarını bildirib.
Moraviyeski bunu Rusiyadan gələn təhlükələrə qarşı ən yaxşı qorunma fürsəti kimi dəyərləndirib. Onun fikrincə, Rusiyanın Krımı ilhaq etdikdən sonra Donetski hövzəsində törətdiyi münaqişə indi də sürməkdədir və Avropanı əsl təhlükə Polşanın şərq sərhədlərində gözləyir: “Amerika qoşunlarının şərq sərhəddimizə köçürülməsi bütün Avropa qitəsinin təhlükəsizliyini artıracaqdır”, - baş nazir belə deyib.
Qeyd edək ki, bir həftə əvvəl ABŞ-ın “Wall Street Journal” nəşri Ağ evə istinadən yaydığı xəbərdə Trampın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayanın Almaniyadakı hərbi qüvvələrinin sayını 25 minə qədər azaltmaq barədə təlimat verdiyini yazmışdı. Vaşintqonun. bu addımı artıq neçə ildir iki dövlət arasında yaşanan hərbi xərclər mübahisəsi səbəbindən atdığı güman olunur. Belə ki, ABŞ NATO Nizamnaməsini əsas gətirib Almaniyanı ÜDM-nın 2%-ni hərbə ayırmağı tələb edir.
Vaşinqtona görə, Almaniya öz müdafiəsini NATO müttəfiqlərinə həvalə edib iqtisadi cəhətdən böyüyür. Onun təhlükəsizliyi məsələsinə ayrılan kapital isə istər-istəməz müttəfiqlərinin dərisindən çıxır və bu da onları iqtisadi cəhətdən zəiflədir. Halbuki rus təhlükəsi ABŞ-i yox, başda Almaniya olmaqla Avropa ölkələrini təhdid edir. Dolayısıyla bu təhdidin aradan qaldırılmasına Avropa ölkələri daha çox maraqlı olmalıdırlar.
Almaniya isə bu arqumenti yaxına buraxmır. Berlinin fikrincə, dünyanın ən çox nüvə silahlarına sahib iki ölkəsindən biri olan Rusiya ilə konfliktə getməkdənsə, onunla iqtisadi əməkdaşlıq etmək daha rasionaldır.
Polşaya gəldikdə isə Rusiya ilə Qərbi Avropa arasında sıxışıb qalan bu ölkə üçün rus təhlükəsi böyük önəm kəsb edir. Bu təhlükədən sığortalanmaq üçün NATO-ya aid qüvvələri öz torpaqlarında yerləşdirmək istəyən Polşa Baş nazirinin Almaniyadan çıxarılacaq ABŞ əsgərlərinə qucaq açması təəccüblü deyil.
Digər tərəfdən Polşa ABŞ-ın Avropaya satmağı planlaşdırdığı LNG qazının mərkəz santralına çevrilə bilər və əslində çevrilib də. Bunun üçün isə rus qazının Avropaya nəqli dayandırılmalıdır. Çünki ABŞ-ın LNG qazı Rusiyanın təbii qazından 30-35% baha başa gəlir; ikisi eyni şərtlər daxilində satılsa ABŞ-ın qaz şirkətləri rəqabətə duruş gətirə bilməzlər. Ortaq ticari maraqlar da Polşanı Avropada ABŞ-ın ən yaxın müttəfiqi halına gətirir.
Rusiya üçün isə ABŞ ordusunun Polşada yerləşdirilməsi əsla qəbuledilməz haldır. Bu. ABŞ silahlarının Rusiyanın boynun ardına dayanması qədər təhlükəlidir. II Dünya müharibəsi zamanı məhz bu təhlükə Rusiya ilə Almaniyanı üz-üzə gətirmişdi. İndiki silahların daha uzunmənzilli olduğunu nəzərə alsaq, Polşanın Rusiya üçün əhəmiyyətinin birə-beş artığını anlaya bilərik.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar