Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
Məhəmməd Talıblı
Heydər Abdullayev
Dünya koronovirus dərdindəykən enerji sektoru arxa plan keçib. Lakin neftin ucuzlaşması fonunda qaz asıllığı olan ölkələrin enerji təminatı çox mürəkkəb məzmun almağa başlayıb. Qardaş Türkiyənin enerji asıllığı bu baxımdan narahatlıq doğrumaqdadır.
Bildiyimiz kimi Azərbaycan təbii qazını Avropaya çatdıracaq TAP boru kəməri layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 96 faizi tamamlanıb. TAP-ın Adriatik dənizindən keçən 105 kilometrlik hissəsinin inşası artıq sona çatıb. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Bildiyimiz kimi, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq.
Şərqi Aralıq dənizi regionu Aralıq dənizi ticarəti baxımından tarix boyu mühüm və strateji əhəmiyyətə malik olub. Bu xüsusiyyətinə görə özəlliklə Kipr müxtəlif oyunçuların hakimiyyəti altına düşsə də, heç vaxt strateji əhəmiyyətini itirməyib. Ümumilikdə Şərqi Aralıq dənizi, özəlliklə isə Kipr nəinki öz əhəmiyyətini itirib, hətta 2000-ci illərin əvvəlindən daha mühüm regiona çevrilib. Belə ki, elə həmin vaxt təhlükəli enerji resursları oyuna girib. Dünyada kəşf edilən təbii qaz ehtiyatlarının 196 trilyon kub metr olduğunu nəzərə alsaq, bunun təxminən 5%-i, yəni 9,8 trilyon kub metri Şərqi Aralıq dənizinin payına düşür.
Türkiyənin Rusiyadan qaz asıllığı nəyə hesablanıb?
Bu yaxınlarda BP şirkətinin “BP Statistical Review of World Energy 2020” adlı Hesabatında dünyanın LNG (mayeləşdirilmiş təbii qaz) vəziyyətini xarakteriza edən maraqlı məqamlara diqqət yönəldib: “ABŞ 2019-cu ildə mayeləşdirilmiş təbii qaz (LNG) ixracını 2018-ci ilə nisbətən 66% artıraraq təqribən 48 milyard kubmetrə çatdırıb (dünya LNG bazarındakı payı 10%). ABŞ ilə bu sahədə həm Avropa, həm də Asiya bazarları uğrunda ciddi rəqabət içində olan Rusiya dünya LNG ixracı bazarındakı payını 2019-cu ildə 8%-ə çatdırıb. Rusiyanın LNG ixracı 2019-cu ildə 58% artımla 40 milyard kubmetrə yaxınlaşıb. Avropanın toplam LNG idxalında ABŞ-ın payı 15%, Rusiyanın payı isə 18%-ə yaxın olub. Asiya LNG bazarında isə ABŞ və Rusiyanın hərəsi 5%-lik paya sahibdir. Asiya LNG bazarının şəriksiz liderləri Avstraliya (31%) və Qatardır (22%).” Burada ABŞ-Rusiya-Aİ payları yaxın illərdə hansı siqnalların olacağı təəsuratı yaradır. Bu münasibətlər sistemində qardaş Türkiyənin düşdüyü vəziyyət bir neçə baxımdan maraqlıdır.
Son 1 ildə Türkiyə Rusiyadan təbii qaz idxalını kəskin azaldır. Belə ki, bu ilin 1-ci rübündə keçən ilin 1-ci rübüylə müqayisə də Türkiyə qaz idxalın 7 dəfə azaldıb. 2018-ci il ilə isə müqayisə də 14 dəfə azalma baş verib. Hal-hazırda Türkiyə “Qazprom”dan qaz alan müştəriləri arasında daha aşağı mövqelərdə gəlir. Hətta Türkiyə Litvadan az qala Ermənistan qədər qaz alır. “Qazprom” Türkiyəyə Almanıyadan sonra ən çox qaz ixrac etdiyi ölkə sayılır. 2019-cu ildə Rusiyanın Türkiyə bazarına çıxardığı qazda 38% azalma var. Bu son 10 ilin ən aşağı göstəricisidi. Rusiyadan Türkiyəyə uzanan iki qaz kəməri – “Mavi axın” və “Türk axını” ilə ümumilikdə 35 milyard kubmetr qaz nəql etmək mümkündür. Bu ilin martına kəmərlərin gücünün 10 faizindən də azı istifadə
edilib.
Türkiyə Rusiyadan azaltdığı qazın yerini ABŞ maye qazı ilə doldurur. 2019-cu ildə Türkiyə sıxılmış maye qaz (LNG) idxalını 13% artırıb və Qatar, Nigeriya ilə bərabər ABŞ-dan da LNG alıb. BOTAŞ-in keçən ilin dekabrından 2020-ci ilin martına qədər 30 partiya LNG, keçən ilin noyabr ayında isə 2020-2023 illər arasında 70 partıya LNG idxalın dair tender keçirib. Sıxılmış qazın qiyməti Rusiyanın boru qaz kəmərindən qiymət baxımından ucuzdu. Məsələn, 1 milyon BTU (Britaniya İstilik Vahidi – British Thermal Unit) miqdarında Rusiya qazı Türkiyəyə 6,5 dollara başa gəldiyi halda, eyni miqdarda LNG 1,5-2 dollardır. Halbuki Rusiya rəsmiləri və onlara yaxın ekspertlər son vaxtlara qədər inamla bəyan edirdilər ki, sıxılmış qaz, xüsusən də Amerikanın qazı Avropada hələ uzun müddət Rusiya boru kəməri qazı ilə rəqabət apara bilməyəcək, çünki maya dəyəri xeyli yüksəkdir.
ABŞ və sıxılmış qaz ixraç edən ölkələr son illər Rusiya ilə bərabər İranı da sıxışdırmağa başlayıb. Son aylar Türkiyə ABŞ və İrandan təxminən eyni miqdarda qaz alıb. 2020-ci il martın 31-də İran-Türkiyə qaz boru xəttində baş verən partlayışdan sonra bu kəmər hələ də işə salınmayıb. “Fars News” bildirib ki, Türkiyə qəsdən borunun təmirini yubadır ki, İrandan qaz almasın. (1996-cı ildə imzalanmış 25 illik müqaviləyə əsasən Türkiyə bu ölkədən ildə 10 milyon kubmetr civarında qaz almalıdır.)
Boru kəmərinin parladılması İrana bir ay ərzində 200 milyon dollarlıq gəlirdən məhrum olması deməkdir. Türkiyənin isə LNG terminalları 25 mlrd. kubmetr qaz qəbul etmək imkanındadır. Bu ilin 4 ayında Türkiyənin idxal etdiyi qazın 44%-ni LNG təşkil edib ki, bu qazın da 40%-i Amerikadan alınıb. Belə olan halda Türkiyənin LNG mövzusu ilə bağlı idxal asıllığı iri güclərlə daha ehtiyatlı davranmağı tələb edir. Bu isə Türkiyə üçün həm xarici borc üçün ABŞ-ın İMF dərdi olacaq, həm də enerji təminatı dərdi...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar