Xəbər lenti

 
 
“Əmim oğlu Əlimərdanov Yasinin ölümü barədə saytınızda yazılanlar həqiqəti əks etdirmir. Əmim oğlunu polislər yox, özü özünü yandırıb”.
 
Ovqat.com-a bu barədə məlumatı Babək rayonu Nehrəm kənd sakimi Əlimərdanov Oruc verib.
 
Saytımızı telefonla zəng edən Əlimərdanov Oruc bildirib ki, iki gün öncə dünyasını dəyişən Yasin polis idarəsindən buraxılandan bir müddət sonra özünə qəsd edib. Mənbənin iddiasına görə, onlara bu xəbəri polis idarəsindən yox, rayon xəstəxanasından veriblər. Şəxsən Oruc müəllim xəstəxanada yatan əmisi oğlu ilə görüşməyə macal tapıb. Mərhum ona polis idarəsində heç bir zorakılıqla qarşılaşmadığını bildirib. 
 
Bəs onu özünü yandırmağa vadar edən nə olub?
 
Mənbənin bildirdiyinə görə, mərhum bostanını suvarmağa su tapa bilmədiyi üçün özünü yandırmağa qərar verib.


Ana səhifəyə qayıt        Baxış: 5 820          Tarix: 19-07-2020, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma