Xəbər lenti
Bu gün, 09:32
Dünən, 23:11
Dünən, 22:52
Dünən, 15:45
Dünən, 14:25
Dünən, 13:15
Dünən, 10:18
1-02-2025, 23:34
1-02-2025, 20:25
1-02-2025, 19:48
1-02-2025, 18:45
1-02-2025, 16:55
Ermənistanın Rusiyadakı səfirliyi Moskvadakı Quba yəhudilərinə məxsus "Food City" meyvə bazarında yaşananlarla əlaqədar paytaxt polisinə müraciət edib.
Ovqat.com-un məlumatına görə, bunu Ermənistan səfiri Vardan Toqanyan TASS-a açıqlamasında bildirib.
"Dünən biz səfirliyimizin əməkdaşlarını iddiaları yerində araşdırmaları üçün bazara göndərdik. Onlar bazarın ərazisindən zorla qovuldular, şirkətin təhlükəsizlik xidməti orada qalmağı qadağan etdi, ünsiyyət qurmaq istəmədilər. Bizim zənglərimiz, xahişlərimiz heç bir nəticə vermədi. Bununla bağlı müvafiq dairələrə, hüquq-mühafizə orqanlarına müraciət etmişik", - deyə səfir bildirib.
Diplomatik missiyanın rəhbərinin sözlərinə görə, səfirlik "Antiinhisar xidmətinə"müraciət etməyib, çünki bu, artıq hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olmalı məsələdir. Polis tərəfindən isə şikayətə hələ ki heç bir reaksiya verilməyib.
Toqanyan qeyd edib ki, cümə günü diplomatik missiya meyvə ixrac edən şirkətlərin nümayəndələrindən, ekspeditor sürücülərdən "Food City" ticarət mərkəzində onlara yaradılan inzibati əngəllər – böyük yük maşınları üçün bazara daxil olmağın mümkünsüzlüyü" barədə şikayətlər almağa başlayıb.
"Dünən axşam biz şikayətləri yoxlamağa başladıq, başa düşdük ki, iddialar həqiqətə uyğundur. Məlum oldu ki, 52 ağır yük furu, xüsusilə soyuducu furları bazara buraxmayıblar. Nəticədə tez xarab olan mallar "Food City" ərazisindəki ümumi dayanacaqdan kənarlaşdırılıb. Onlara [sürücülərə] ya getmək, ya da malları boşaltmaq təklif olunub. Çünki onların satışını təşkil etmək mümkün deyildi", - deyə səfir bildirib.
O əlavə edib ki, sürücülərdən "nömrə nişanlarının, loqotiplərin çəkilməsini” tələb ediblər.
Ermənistan səfirinin sözlərinə görə, furlar digər Moskva bazalarına göndərilib.
"Belə təəssürat yaranır ki, Moskvada ayrı – ayrı hüquqi anklavlar Azərbaycan qanunlarını rəhbər tutur və Bakıdan gələn təlimatlara əməl edir, bununla da özünü Rusiyanın yurisdiksiyasından kənarda hiss edir", - deyə Toğanyan əlavə edib.
Diplomatik missiyanın rəhbəri hesab edir ki,"bu cür davranış Rusiyada millətlərarası gərginlik yaratmaq məqsədi güdür".
Qeyd edək ki, Moskvanın ən böyük meyvə-tərəvəz bazarı olan “Food City” rəhbərliyi Tovuz rayonuna hücumdan sonra erməni əriklərinin satışına əngəl yaratmış, Ermənistan səfirliyinin nümayəndələri isə bu maneələri aradan qaldırmaq üçün dünən bazar rəhbərliyi ilə danışıqlara getmişdilər. Erməni iş adamları və səfirlik nümayəndələri Quba yəhudilərinə aid olan bazardan qovulmuşdular.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər