Xəbər lenti

 
Bəzi internet resurslarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətdə, guya istifadəçilərə hərbi məsələlərlə bağlı paylaşım etməməyə çağırışlar yer almışdır.
 
Ovqat.com DTX-nın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, aparılmış ilkin araşdırmalarla qeyd olunan məlumatların saxta profillərdən istifadə edilməklə ictimai rəyi çaşdırmaq və sensasiya naminə yayımlandığı, belə məlumatların Arzu Əliyevaya heç bir aidiyyətinin olmadığı müəyyən edilmişdir.
 
Bildiririk ki, hazırda sosial şəbəkələrdə bu cür təxribat xarakterli paylaşımları edən şəxslərin müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün fəaliyyət davam etdirilir.
 


Ana səhifəyə qayıt        Baxış: 3 744          Tarix: 27-07-2020, 17:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma