Xəbər lenti

 
1990-cı illərin əvvəllərində Sovet İttifaqının hərbi dəniz donanması qüdrətinin zirvəsində idi. SSRİ-nin hərbi donanmasının ümumilikdə yüzlərlə döyüş gəmisi, suüstü və sualtı qayıqları vardı. Xüsusilə Sakit okean və Hind Okeanında bir çox missiya yerinə yetirirdi. 

Sovetlərin dağılması və 1990-cı illərin  iqtisadi  böhranı  ilə donanmanın böyük hissəsi məhv oldu. Bu da gözlənilən idi. Çünki, hər bir hərbi gəminin müəyyən ömrü var. Adətən 40 ildən sonra bu gəmilər sıradan çıxır və onların modernizasiyası da mümkün olmur. Rusiyanın isə 1990-cı ildən sonra iqtisadi qüdrəti yeni gəmi hazırlamağa yetmirdi. Təsadüfi deyil ki, SSRİ-nin dağılmasından sonra keçən 20 il ərzində Rusiya Sakit okean donanması üçün cəmi 1 raket gəmisi düzəldə bilmişdi. 


 
2010-cu ildən sonra Rusiyanın hərbi dəniz qüvvələri üçün yeni gəmilər hazırlaması mərhələsi başladı. Əsas hədəf isə xeyli zəif vəziyyətdə olan Qara dəniz, Baltik və Xəzər donanmasını gücləndirməkdi. Nədən ki, Rusiya əsasən Baltik və Qara dənizdə ciddi rəqabətlə üz-üzə idi və onun əksər müttəfiqləri NATO-ya qoşulmuşdu. Nəticədə şimal qonşumuzun Baltik və Qara dənizdə nəfəsliyi daralmış və o, hərəkət edə bilməz hala gəlmişdi. Əsas diqqətini məhz bu səbəbdən həmin iki dənizə yönəldən Rusiya sözügedən su hövzələrində öz donanmalarını gücləndirmək xəttini tutdu. Xəzərdə isə 5 ölkə arasındakı sərhəd mübahisələrini öz xeyrinə həll edərək və hərbi donanmasını bəzi uzaqmənzilli silahlarla zənginləşdirərək üstünlüyünü region dövlətlərinə qəbul etdirdi.


 
Ovqat.com xəbər verir ki, iki gün öncə Sankt-Peterburqda hərbi dəniz donanmasının paradında çıxış edən Rusiya prezidenti Vladimir Putin ölkəsinin bu sahə ilə əlaqədar strategiyasını açıqlayıb. 
 
Putin Rusiyanın yaxın zamanlarda hərbi dəniz donanması üçün 40 yeni gəmi üzərində çalışdıqlarını bildirərək, onların yeni texnologiya əsasında hazırlandıqlarını da gizlətməyib.
 
"Bu il Dəniz Donanmasının xidmətinə müxtəlif növ qırx gəmi və dəniz platforması daxil olacaq. Biz qabaqcıl rəqəmsal texnologiyaların, unikal səs hücum sistemlərinin, pilotsuz sualtı nəqliyyat vasitələrinin və effektiv müdafiə imkanlarının hərtərəfli tətbiqini əldə edəcəyik. Bu donanma sayəsində döyüş qabiliyyətlərini inkişaf etdirə və unikal üstünlüklərə sahib ola biləcəyik, -Putin belə deyib.


 
Rusiya prezidenti çıxışında bir neçə gün əvvəl Rusiyanın 3 aparıcı tərsanələrində 6 yeni platformanın tikintisinə başladığını da qeyd edib. O, xatırladıb ki, Rusiya Hərbi Dəniz Donanmasının yüksək dəqiqliyə malik silahları, çoxməqsədli sualtı qayıqlar, qabaqcıl reaktiv təyyarələr, həmçinin digər uçuş aparatları və xüsusi avadanlıqlarla təchiz olunmuş gəmiləri var.
 
İyulun 16-da Rusiya tərsanələrində yeni nəsil frigatların və atom sualtı qayıqlarının tikintisinə başlanılıb. Rusiyanın hərbi mənbələrinin yaydığı məlumata förə, yeni nəsil Gəmiqayırma zavodlarının (22350 №-li layihə) və Rusiya donanmasının tarixində ilk olacaq iki çoxməqsədli atom sualtı qayığının (885M №-li layihə, Yasen m) və iki çoxməqsədli hücum gəmisinin (23900 №-li layihə) istehsalına iyulun 16-da start verilib.
 
Yeni nəsil friqatları (layihə № 22350) Sankt-Peterburqda “Şimali tərsanə”də düzəldiləcək və müvəqqəti olaraq “Admiral Yumaşov və Admiral Spiridonov” adlandırılacaq. Hal-hazırda 22350 №-li layihə çərçivəsində daha iki friqatın düzəldilməsi isə son mərhələlərindədir. Onlardan biri “Admiral Kasatonov” Rusiyanın hərbi dəniz donanmasında xidmətə girməyə hazırlaşır. Digəri barədə isə "Şimal tərsanəsi" nin mətbuat xidməti şərh verməkdən imtina edib.
 
 
 
885M "Yasen-m" layihəsinin çoxməqsədli atom sualtı qayığının tikintisi "Sevmaş" limanda Severodvinsk şəhərində həyata keçiriləcək. İstehsalat müqaviləsi 2019-cu ilin yayında keçiriləcək "Ordu-2019" beynəlxalq hərbi sərgisində imzalanıb.
 
 
Sualtı qayıqlar
 
Çoxməqsədli desant gəmilərinin tikintisi Kerçidə yerləşən “Körfəz” tərsanəsində aparılır. Bildirilir ki, Rusiya Müdafiə Nazirliyi bu tərsanə ilə 100 milyard rubl (1,4 milyard dollar) məbləğində iki desant-desant gəminin inşası üzrə müqavilə imzalayıb.


 
Qeyd edək ki, Rusiyanın Krımın işğalı səbəbindən Fransa bu ölkənin sifariş etdiyi "Mistral" tipli desant gəmilərinin istehsalından boyun qaçırmışdı.
 
 
23900 №-li layihəsi çərçivəsində istehsal olunan gəmilərin 25 000 ton ağırlığında və 220 metr uzunluğunda olması gözlənilir. Bu tip gəmilər 20-dən çox ağır helikopter və 900-ə qədər personal daşımaq qabiliyyətinə malikdir. Belə gəmilər əvvəllər nə Sovet İttifaqında, nə də Rusiya Federasiyasında var idi. Yəni tamamilə yeni projedir.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 3 424          Tarix: 28-07-2020, 22:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma