Xəbər lenti
Dünən, 19:25


Türkiyə-Azərbaycan-Naxçıvan ordularının birgə təlimləri bu gün "TurAz Qartalı-2020"adlı Havada başlayır. Avqustun 1-dən quruda da davam edəcək Hərbi Oyunlar Ermənistanın və onun Tovuza hücum etmiş tərəfdarlarının dəqiq mesajı olacaq.
 
Ovqat.com xəbər verir ki, Türkiyənin “Yeni Şafak” nəşrinin bu gün başlayacaq birgə əməliyyatlar barədə məlumatında belə deyilir.


 
“Bu gün Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan və Naxçıvan Muxtar Respublikası orduları ilə birgə təlimləri başlayır. Döyüş manevrlərinin ilk mərhələsi havada keçiriləcək. Ötən illərdən fərqli olaraq, "TURAZ (Türkiyə-Azərbaycan) qartal" adlı hava təlimləri bu il Tovuz rayonunun lap yaxınlığında yerləşən Gəncəni də əhatə edir. Türkiyə və Azərbaycan HHQ avqustun 10-dək Gəncə, Kürdəmir və Yevlax hava məkanında fasiləsiz uçuşlar həyata keçirəcək. Türkiyədən F-16 qırıcıları, PUA və SPUA (silahlı pilotsuz uçan aparatlar), vertolyotlar ilə Azərbaycan HHQ-yə məxsus MiQ-29, SU-25 qırıcıları, eləcə də Azərbaycanın Türkiyə istehsalı olan pilotsuz uçan aparatlari öz bacarıqlarını birgə ssenari çərçivəsində nümayiş etdirəcəklər. Təlimləri zaman Gəncədəki poliqonda atılacaq bombalar Tovuzda əks-səda verəcək",-nəşrin məlumatında bildirilir.
 
 

Fotolar
 



 







Ana səhifəyə qayıt        Baxış: 3 977          Tarix: 29-07-2020, 08:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma