Xəbər lenti

 
Türkiyənin F-16 qırıcıları Ermənistan paytaxtına hava zərbəsi məsafəsinə qədər yaxınlaşıblar. 
 
Ovqat.com xəbər verir ki, məlumatı Rusiyanın avia.pro portalı yayıb. 
 
Bildirilib ki, ən azı iki qırıcı Ermənistan sərhədinə maksimum dərəcədə yaxınlaşıb və Yerevana qədər olan məsafə 56 kilometr olanda geri dönüb. Portalın məlumatına görə, bununla onlar Ermənistan paytaxtına zərbələr endirə biləcəklərini nümayiş etdiriblər: bu məsafə Türkiyə Hərbi Hava Qüvvələrinin təchiz olunduğu silahlarla zərbə vurmağa imkan verir.
 
Bundan əlavə, Ermənistanın sərhədinin yanında Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin helikopterləri də olub.
 
Portal Türk F-16-larının Azərbaycanın hansı məkanından İrəvanı vuruş nöqtəsinə yaxınlaşdığını bildirməsə də, məsafənin yaxınlığı manevrin Naxçıvanda keçirildiyindən xəbər verir.


Ana səhifəyə qayıt        Baxış: 6 032          Tarix: 3-08-2020, 23:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma