Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Ötən gün Azərbaycan Milli İstiqlal Partiyasının XI Qurultayı keçirilib. Videokonfrans formatında keçirilən Qurultaya AMİP Lideri Etibar Məmmədov da qatılıb və çıxış edib.
AMİP-in Mətbuat Xidmətindən Ovqat.com-a verilən məlumata görə, Etibar Məmmədov çıxışında ölkədəki mövcud ictimai-siyasi durum və Partiyanın qarşısında duran vəzifələr, eləcə də sosial-iqtisadi sahədəki problemlər, məmur özbaşınalığı, Dağlıq Qarabağ, Türkiyə - Azərbaycan strateji müttəfiqliyi və bir sıra digər məslələr üzərində dayanıb, partiya rəhbərliyinə və yerli təşkilatlara öz tövsiyyələrini verib.
Azərbaycanın ərazi bütövlüyünə olan təhlükələrin və təhdidlərin artmaqda olduğunu söyləyən Etibar Məmmədov Azərbaycanda cəmiyyətin birləşməsi və dövlətçiliyin qorunması istiqamətində böyük səylərin həyata keçirilməsinin vacib olduğunu, milli ideya ətrafında birləşməyə yönəlik fəaliyyətin həyata keçirilməsinə çox böyük ehtiyac olduğunu bildirdi. Bu fəaliyyətdə siyasi qüvvələrin rolunun danılmaz olduğunu qeyd edən Etibar Məmmədov bu roldan imtinanın Azərbaycanın milli mənafeləri üçün təhlükə yarada biləcəyini vurğuladı.
Etibar Məmmədov həmçinin cəmiyyətdəki gərginliyin aradan qaldırılması və əməkdaşlıq istiqamətində olan təşəbbüslərin vacib olduğu bildirdi. Beynəlxalq aləmdə Azərbaycanın müttəfiqlərinin artması istiqamətində fəaliyyətin vacib olduğunu deyən AMİP lideri bu istiqamətdə partiyanın bu günə apardığı fəaliyyəti daha da genişləndirməyə ehtiyac olduğunu, partiyanın beynəlxalq əlaqələrindən istifadə edərək Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün davamlı fəaliyyətin aparılmalı olduğunu vurğuladı. Pariyanın qarşısında duran ən mühüm vəzifənin Azərbaycanın ərazi bütövlüyünə olan təhdidlərə qarşı mübarizədə iştirak etmək olduğunu vurğulayan Etibar Məmmədov vətənpərvərlik, millilik və millətçilik istiqamətində fəaliyyətin bir nömrəli vəzifə olduğunu bildirdi.
Daha sonra Etibar Məmmədov Türkiyə-Azərbaycan münasibətlərinə toxunaraq Azərbaycanın ən yaxın müttəfiqinin qardaş Türkiyə Cumhuriyyəti olduğunu və bu müttəfiqliyin daha da genişləndirilməsi üçün Azərbaycan və Türkiyə arasında hərbi müttəfiqliyə ehtiyac olduğunu vurğuladı. Hərbi İttifaq müqaviləsində qarşılıqlı hərbi yardım haqqında müddəanın öz əksini tapmasının vacibliyini qeyd edən AMİP lideri bunun təkcə düşmənlərimizə yerini göstərmək üçün deyil, həmçinin Azərbaycan daxilində vətəndaşların dövlətimizə olan inamının artırılmasına köməklik göstərəcəyini bildirdi.
Etibar Məmmədov: “Unutmaq olmaz ki, Dağlıq Qarabağ məsələsi ilk növbədə Azərbaycanın və Azərbaycan vətəndaşlarının problemidir və ordumuz da təkbaşına bu işin öhdəsindən gəlmək iqtidarındadır. Hərbi İttifaq sazişinin imzalanmasının vacibliyi ondan ibarətdir ki, düşmən dövlətin müttəfiqləri Azərbaycana təzyiq göstərəcəyi halda bizim müttəfiqimizin də bu məsələyə müdaxilə edə biləcəyini anlamış olsunlar”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar