Xəbər lenti


Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnıy xəstəxanaya yerləşdirilib.

APA-nın xəbərinə görə, bu barədə onun mətbuat katibi Kira Yarmış “Twitter”də bildirib.

Mətbuat katibinin sözlərinə görə, Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı A. Navalnıy özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib.

K. Yarmış müxalifət liderinin huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini qeyd edib.

O vurğulayıb ki, A. Navalnıy səhər ancaq çay içib. Mətbuat katibi müxalifət liderinin çayına qarışdırılan maddə ilə zəhərləndirilməsindən şübhələndiklərini əlavə edib. 


Ana səhifəyə qayıt        Baxış: 3 513          Tarix: 20-08-2020, 09:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma