Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
Xəbərin preambulası
Bir gün padşahın çox sevdiyi bülbülü ölür. Saray əyanlarından heç kimin cəsarəti çatmır ki, bu qara xəbəri şaha çatdıra. Nəhayət, Baş vəzir məsuliyyəti öhdəsinə götürüb şahın hüzuruna gəlir və ona deyir:
-Qibleyi-aləm sağ olsun. Sizin bülbül yatıb, neçə saatdır oyanmır.
-Yəqin dünən çox cəh-cəh vurub. İşiniz yoxdur, qoy, dincəlsin.
-Qibleyi-aləm axı yem də yemir, su da içmir.
-Oyananda yeyib-içər də.
-Aydındır, qibleyi-aləm. Amma nəfəs də almır axı.
-Daha de ki, ölüb də.
-Qibleyi-aləm sağ olsun, bunu mən yox, siz dediniz.
İndi Baş vəzirin noxəbərliyi olmasın, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasından qovulub. Prezidentin Sərəncamı ilə faktiki onun yerinə Samir Nuriyev təyin olunub. Amma rəsmi mətbuat bu məlumatı elə işləyib dərc edib ki, qibleyi-aləm diqqətli oxucu əsl mətləbi yalnız sətiraralarından çıxara bilər. Onu da əgər çıxara bilsə.
Ovqat.com “Padşahın bülbülünün ölümü” nağılına bənzəyən rəsmi məlumatı təqdim edir.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya həyata keçirir.
Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Yeni çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 5 iyun tarixli Qərarı ilə parlamentin 5 üzvü Komissiyaya təyin olunub. Qərara əsasən bu siyahıya Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatları Əminə Ağazadə, Elşad Mirbəşir oğlu, Arzu Nağıyev və Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev daxil edilib.
Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2020-ci il 26 avqust tarixli qərarı ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Komissiyaya üzv təyin edilməklə həmin dövlət orqanı tərəfindən təyin olunan 5 üzvün siyahısı tamamlanıb. Onunla yanaşı, bu siyahıya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının Sədri Fikrət Məmmədov, Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri Ramiz Rzayev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Sədri Anar Bağırov daxildirlər.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan Komissiya üzvləri qismində aşağıdakı şəxslər təyin ediliblər:
Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri
Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri Komissiyanın üzvləri arasından səsvermə yolu ilə Komissiyanın növbəti iclasında seçiləcək.
AzerTAC
Ovqat.com-un son əlavəsi:
Qeyd edək ki, bu vaxta qədər Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev idi.
Xatırladaq ki, Ramiz Mehdiyev həm də Azərbaycan Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli fərmanı ilə “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə daxil edilmişdi. Yəqin yaxın günlərdə akademiki ordan da mədəni şəkildə qovarlar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar