Xəbər lenti

 

Bir gün molla Teymurləngin keçirdiyi cəsurluq imtahanına qatılır. İmtahanın şərtinə görə, cəsarət nümayişinə çıxanlara 5 ox atılacaq, oxlardan 2-si yarış iştirakçısının şalvarının balağını, ikisi köynəyinin qolunu, biri isə papağını dəlib keçəcək, amma bədəninə zərər verməyəcəkmiş. İştirakçı isə gərək imtahan zamanı gözünü belə qırpmayaymış.

Uzun sözü kəsəsi, molla imtahandan uğurla çıxır. Teymurləng əmr edir ki, ona bir dəst əsgər forması verib, xüsusi təyinatlıların rəhbəri qoysunlar. Molla qızara-qızara deyir:

-Qibleyi-aləm sağ olsun, əmr edin, bir də alt paltarı versinlər.

-Alt paltarını nə edirsən, molla? Axı, bizim sənin alt paltarına zərərimiz dəyməyib.

-Başına dönüm, əmir həzrətləri, alt paltarına da məndən zərər dəyib.

Mollanın əhvalatındakı kimi olmasın, İran dünyaya barmaq silkələmək üçün “Xürrəmşəhr” adlı ballistik raketini sınaqdan çıxarıb. Bunun üçün xüsusi hərbi parad keçirməyə də ərinməyib. 2 min km. mənzili olan bu raketin bir neçə mərmi başlığı daşıya biləcəyindən söz edilir. Di gəl ki...

Di gəl ki, raketin nümayişi zamanı təşkil olunan hərbi paradda iştirak edən əsgərlərdən birinin qorxudan ürəyi gedib. Tam da farağat anına düşən bu bayılma İran mediasının gözündən yayınmayıb.

İranın cəsarət nümayişinin simvoluna çevrilən həmin anın fotosunu Ovqat.com oxucularına təqdim edirik:

 




Ana səhifəyə qayıt        Baxış: 2 461          Tarix: 23-09-2017, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma