Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın ölkəmizdəki yeni səfirini qəbul edərkən sözün həqiqi mənasında danlaması Türkiyədə də ciddi coşqu ilə qarşılanıb.
Ovqat.com xəbər verir ki, qardaş ölkənin bir sıra media orqanları İlham Əliyevin sözlərini manşetlərə daşıyıb, bir çox təhlilçilər bu görüşü yüksək minnətdarlıq hissiylə şərh ediblər.
Türkiyənin məşhur “Hürriyet” qəzetinin sözügedən görüş barədə xəbərini (Azərbaycan Prezidenti Əliyevdən Şərqi Aralıq dənizi mesajı) oxucularımızın diqqətinə çatdırırıq.
Azərbaycan Prezidenti İlham Əliyev Şərqi Aralıq dənizində kəşfiyyat işlərinin aparılması da daxil olmaqla, bütün məsələlərdə Türkiyəni dəstəklədiklərini, Ermənistan, Yunanıstan və Kipr arasındakı hərbi əməkdaşlıqdan isə narahat olduqlarını bildirib.
İlham Əliyev Yunanıstanın Bakıdaya yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosu qəbul edib. Azərbaycan Prezidentinin Administrasiyasından verilən məlumata görə, qəbul zamanı Əliyəv bəzi məsələlərin Azərbaycan-Yunanıstan münasibətlərinə mənfi təsir göstərdiyini söyləyib.
Dövlət başçısı belə məsələlərdən birinin Yunanıstanın qaz şirkəti DESFA ilə bağlı olduğunu deyib. O, xatırladıb ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təxminən 6 il əvvəl məhz Yunanıstan hökumətinin müraciəti əsasında DESFA-nı almaq üçün tenderə qoşulub və ən yaxşı təklifi irəli sürərək, bu şirkətə sahib olmaq hüququnu qazanıb. İlham Əliyev həmin hadisənin Azərbaycanın həyata keçirdiyi “Cənub Qaz Dəhlizi” layihəsinin icrası baxımından da əhəmiyyətli olduğunu vurğulayıb.
“Biz qiymətin 10%-ni təşkil edən 40 milyon avro məbləğində avans ödənişi etdik və 4 il ərzində – 2014-cü ildən 2018-ci ilədək həmin vəsait Yunanıstan hökumətinin ixtiyarında olub. Lakin əfsuslar olsun ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi”, - deyə İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, SOCAR bu legitim hüququ, açıq rəqabət şəraitində keçmiş tenderi Yunanıstanın baş nazirinin (Antonis Samaras) təklifi əsasında əldə etmişdi. Lakin sonda onlar siyasi səbəblərdən, Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana mənfi münasibəti üzündən, bu legitim hüquqdan məhrum olublar.
“Sözsüz ki, bu, bizim artıq aşağı səviyyədə olan əlaqələrimizə ciddi təsir etdi. Lakin ondan sonra, açığını desək, biz qərara gəldik ki, əgər Yunanıstan hökuməti bizə belə münasibət göstərirsə, biz də necə cavab verəcəyimiz barədə düşünməliyik. Bizim cavabımız faktiki olaraq heç nə etməmək idi. Biz heç bir demarş etmədik. Biz heç bir diplomatik addım atmadıq”, - deyə dövlət başçısı bildirib.
“Ermənistanla hərbi əməkdaşlıq Azərbaycan üçün ciddi təhdiddir”
Dağlıq Qarabağ problem və Ermənistanın işğalçı siyasətindən də bəhs edən İ.Əliyev deyib: “Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatıq. Ermənistan aqressiv davranır. Dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb. Bir sözlə, Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub”.
Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığının Bakıda narahatlıq doğurduğunu vurğulayan İlham Əliyev Rusiyanın Ermənistana silah tədarük etdiyini də xatırladıb. “Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər”, - deyə prezident qeyd edib.
“Bütün hallarda Türkiyəni dəstəkləyəcəyik”
Türkiyə ilə Yunanıstan arasında Aralıq dənizinin şərqində yaşanan gərginliyə də toxunan Əliyev deyib: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanıb. Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq.
Toxunulacaq bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ümid edirik ki, Yunanıstanın yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar