Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın ölkəmizdəki yeni səfiri ilə görüşü ilə AMİP bəyanat yayıb.
Ovqat.com bəyanatı təqdim edir:
“Dünən Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən səsləndirilən fikirlər təkcə Yunanıstana deyil, Azərbaycana qarşı ədalətsiz mövqe tutan bütün dövlətlərə ünvanlanmış mesaj idi.
Yunanıstanın Türkiyə ilə münasibətləri, eyni zamanda Ermənistanla hərbi saziş imzalaması qardaş ölkə ilə problemlərimizin də, düşmən və dostlarımızın da eyni olmasının ən bariz göstəricisidir. Tarix boyu həmişə başqalarının arxasında gizlənərək varlığını davam etdirmiş Yunanıstanı Türkiyənin və eləcə də Azərbaycanın önünə atan bütün qüvvələr bilməlidirlər ki, “nə olursa olsun hər zaman Türkiyənin yanında olacağıq” bəyanatı ortaq düşmənlərimizin hər birinə ünvanlanıb və bu istiqamətdə fəaliyyət təkcə hakimiyyət tərəfindən deyil, bütün cəmiyyət tərəfindən həyata keçirilməlidir.
Azərbaycanla Türkiyə arasında bağlanan hərbi əməkdaşlıq aktına əsasən, Xəzər dənizindəki donanmamızın Aralıq dənizində qardaş ölkə ilə birlikdə hərbi təlimlərdə nəzərdə tutulan iştirakı bütün dünyaya verilmiş mesaj olmaqla bərabər Azərbaycanla Türkiyə arasındakı sarsılmaz əlaqələrin ifadəsi kimi qəbul olunmalıdır.
Azərbaycan Milli İstiqlal Partiyası Yunanıstanın TANAP-TAP layihəsinə törətdiyi maneçiliyi dolayısıyla Rusiyanın Şərqi Avropaya qaz nəqlini nəzərdə tutan layihələrinə əsas rəqiblərdən biri olan Azərbaycanı sıradan çıxarmaq cəhdi ilə eyniləşdirərək bəyan edir ki, nə olmasından asılı olmayaraq istər Rusiyanın, istərsə də Yunanıstan və havadarlarının hüquqi, siyasi və hərbi müstəvidəki bütün səyləri iflasa uğrayacaqdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar