Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Avropa İttifaqı Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyaları nəzərdən keçirməyəcək.
Ovqat.com alman nəşri AFR-ə istinadən xəbər verir ki, Belarus liderinə sanksiya tətbiqinin əleyhinə ilk növbədə, Almaniya, Fransa və İtaliya çıxış edir.
Onlar hesab edirlər ki, "Lukaşenko ilə əlaqə kanalları açıq saxlanılmalıdır" və ona qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi Minsk ilə dialoqun tamamilə dayandırılmasına səbəb ola bilər.
Məlumata görə, Belarus liderinə sanksiyaların tətbiqində əsasən Baltikyanı ölkələr və Polşa israrlıdır.
Xatırladaq ki, Belarusdakı etiraz aksiyalarına güc tətbiqinə qarşı 15-20 Belarus məmurunun siyahısı tərtib olunacağı və onların Aİ ərazisinə və Avropa bank sisteminə girişinin qadağan edilməsi nəzərdən keçiriləcəyi bildirilirdi.
Aİ-nin insan hüquqlarının pozulmasına görə Belarusiyaya qarşı sanksiyaları 2004-cü ildən 2016-cı ilə qədər qüvvədə olub, müxtəlif illərdə qara siyahı genişlənib və zaman-zaman artaraq 130 nəfərə çıxıb.
İndisə Almaniya, Fransa və İtaliya Belarus liderini ürkütməməyə meyllidirlər. Bir sıra ekspertlər Belarus liderinə və iri məmurlarına sanksiya tətbiqi müzakirə olunanda Qərbi Avropanın böyük dövlətlərinin “ehtiyatı əldən buraxmaması” geosiyasi və iqtisadi amillərlə əlaqələndirirlər. Onların iddialara görə, səbəb heç də Lukaşenkonu ürkütməmək deyil. Əsl problem Qərbi Avropa dövlətlərinin Rusiya və ABŞ arasındakı enerji savaşlarında Moskvanın yanında yer almağa üstünlük vermələridir. Belə ki, Rusiyanın Avropanı qazla təchiz etməsi layihələrindən birinin (“Şimal axını-2” Almaniya və Fransa, digərinin isə (“Türk axını”) İtaliya üzərindən həyata keçirilməsi nəzərdə tutulur. ABŞ isə rus qazına alternativ olaraq təqdim etdiyi LNG qazının Polşa üzərindən Şərqi Avropaya nəqlini planlaşdırır. Bu da Şərqi Avropa ölkələrini mərkəzi mövqeyə çıxartdığından sənayeləşmiş Qərb ölkələrini qane etmir, onlar qitə üzərindəki dominantlıqlarından vaz keçmək istəmirlər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar