Xəbər lenti

 
 
ABŞ NATO-dan çıxa bilər.
 
Ovqat.com xəbər verir ki, bu iddianı “New York Times” qəzeti irəli sürüb.
 
Trampa yaxın çevrələrə istinad edilən xəbərdə bildirilir ki, o, növbəti prezident seçkilərində qalib gəlsə, NATO-dan çıxmağa qərar verəcək.
 
Bildirildiyinə görə, ABŞ prezidenti bu arzusunu illərdir bağlı qapılar arxasında dilə gətirir və növbəti səlahiyyət müddətində bunu həyata keçirə bilər.
 
Qeyd edək ki, Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton da kitabında prezidentin dəfələrlə ölkəsinin 71 illik ittifaqdan çıxmasını dilə gətirdiyini yazmışdı.
 
O, bir müsahibəsində Trampın oktyabr ayında bir 'sürpriz' edə və noyabr seçkilərindən əvvəl NATO-dan çıxmaq vədi verə biləcəyini söyləmişdi.
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 995          Tarix: 5-09-2020, 23:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma