Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
ABŞ prezidenti Donald Trampın bir neçə saat əvvəl özünün Tvitter səhifəsində İranı təhdid edən açıqlama paylaşdığını xəbər vermişdik. Açıqlamasında Tramp İranın general Qasım Süleymaninin qisasını alacağı təqdirdə min qat misliylə cəzalanacağını bildirmişdi.
Ovqat.com xəbər verir ki, Trampın adını çəkmədiyi həmin kütləvi informasiya vasitəsi ABŞ-ın məşhur "Politico" nəşridir.
Nəşrin dünənki buraxılışında dərc olunan bir xəbərə görə, İran Amerika Birləşmiş Ştatlarının Cənubi Afrika Respublikasındakı səfiri Lana Marksa qarşı sui-qəsd planı hazırlayır.
Maraqlıdır ki, "Politico" məlumatı adlarını açıqlamadığı amerikalı rəsmilərə istinadən yayıb.
Lana Marks
Xəbərdə qeyd olunur ki, əldə edilən kəşfiyyat məlumatları İranın Qasım Süleymanının intiqamını almaq üçün belə bir plan hazırladığını göstərir. İranın Pretoriyada akkreditə edilmiş səfiri də sui-qəsd planına cəlb olunub.
"Politico”-nun iddiasına görə, İran səfirə qarşı terror hücumu həyata keçirərək onu qətlə yetirsə, bu, hazırda prezident seçkiləri ərəfəsində Donald Trampın təbliğat kampaniyasına ciddi zərbə vura, onu cavab tədbiri görməyə məcbur edə bilər.
Amerikalı rəsmilər nəşrə bildiriblər ki, rəsmi Tehranın Lana Marksa qarşı sui-qəsd planından yaz aylarından məlumatlıdırlar.
Nəşr xatırladır ki, yanvar ayının 3-də Qasım Süleymaninin Bağdad hava limanı yaxınlığında ABŞ tərəfindən öldürülməsindən sonra İranın "dini lider"i Əli Xamneyi bu əməliyyatda əli olmuş hamıdan "ağır intiqam" alacaqlarını iddia etmişdi.
Xəbərdə diqqəti cəlb edən məqam odur ki, ABŞ prezidenti özünün tviitində İranın bu məxfi əməliyyat barədə KİV-dən xəbər tutduğunu gizlətməyib. “Politico” nəşri isə məlumatı ABŞ rəsmilərindən aldığını bildirir. Belə anlaşılır ki, ABŞ-ın xəfiyyə sistemi mediaya sızdırdığı məlumatları belə, Trampdan gizli saxlayır. Görünür, onlar prezidentin “hulqumunun” olmadığına əmindirlər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar