Xəbər lenti


Qüdrət Həsənquliyev: “Müdafiə nazirinin 2019-cu ilin aprelində verdiyi “ermənilər hücum etsəydilər mən onunla İrəvanda görüşərdim”, “mən bunu arzulayıram və gözləyirəm” açıqlamasını şərh etsəydilər daha yaxşı olardı”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin sorğusunu cavablandırıb. Sorğunu və Qüdrət Həsənquliyevin cavabını təqdim edirik:

-Qüdrət bəy, Paşinyanın arvadı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə gəlib əlində avtomat, snayper tüfəngi tutaraq işğalı davam etdirmək üçün Azərbaycan əsgərləri ilə vuruşacaq qadınların da qatıldığı könüllü batolyanlar yaradır. Siz də bildirmişdiniz ki,Azərbaycan əsgərləri səbrsizliklə müharibənin başalanmasını və onu əsir götürəcəkləri anı gözləyir. Müdafiə Nazirliyindən kimsə Sizin bu açıqlamanı milli adət-ənənəlirimizə və mənəvi dəyərlərimizə və hərbi qanunlara zidd adlandırıb. Bu barədə nə deyə bilərsiniz?

Bilmirəm açıqlamanı kim və kimin tapşırığı ilə verib. Yaxşı olardı ki, onlar müharibə qanunlarını öyrənsinlər. Döyüşdə düşməni ya öldürməlisən, ya da əsir götürməlisən. Paşinyanın arvadı əli avtomatlı, hərbi formada mənim ölkəmə işğalçı kimi gəlibsə, onu ya öldürməli, ya da əsir götürməliyik. Müdafiə Nazirliyinin açıqlama verən o xanımı və ya kişi cinsindən olan təmsilçisi desin görək onlar müharibə başlayacağı təqdirdə nə edəcəklər? İkincisi, düşməni əsir götürmək öldürməkdən daha humanist addımdır. Həmçinin desinlər görək düşməni əsir götürməkdə mənəvi dəyərlərə zidd olan nədir? Görünür bu açıqlamanı verənlər mənim açıqlamama öz mənəviyyatlarına uyğun yanaşıblar. Yaxşı olardı siyasi məsələlərlə məşğul olmaq əvəzinə güclü ordu qurmaqla məşğul olsunlar. Müdafiə nazirinin 2019-cu ilin aprelində verdiyi “ermənilər hücum etsəydilər mən onunla (David Tonoyanı nəzərdə tutur) İrəvanda görüşərdim”, “mən bunu arzulayıram və gözləyirəm” açıqlamasını şərh etsəydilər daha yaxşı olardı. Yadlarına salım ki, 2020-ci ilin iyulunda ermənilər Tovuza hücum etmişdilər.




Ana səhifəyə qayıt        Baxış: 3 612          Tarix: 23-09-2020, 15:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma