Xəbər lenti

 
Ermənistanın bu səhər Azərbaycana hücumları başlandıqdan qısa müddət sonra Ermənistan səmalarında mənsubiyyəti naməlum hava vasitəsi peyda olmuş və İrəvanı lərzəyə salmışdı.
 
Ovqat.com-un məlumatına görə, bir çox ekspertlər bu hava vasitəsinin Türkiyəyə məxsus Bayraktar TB2 markalı PUA olduğundan şübhələnirlər.
 
İddialara görə, qardaş ölkə bu uçuşla Rusiyaya Azərbaycana müdaxilə ediləcəyi təqdirdə nə cür qarşılıq veriləcəyi mesajını göndərib və bir Türk dronu Sevan gölünün yanına qədər  uçub.

Qeyd edək ki, Ermənistanın Gümrü bölgəsində rus hərbi bazası olsa da, sərhədin o tərəfindəki Türk ordusuyla müqayisə edilməyəcək səviyyədədir. Hərbi bazada 4 minə qədər hərbi qulluqçunun xidmət göstərdiyi və əksəriyyətinin erməni olduğu bildirilir. Türk ordusu qarşısında bir növ simvolik xarakter daşıyan bu hərbi hissənin qardaş ölkəyə müqavimət gücü yoxdur. 
 
Rusiyalı ekspertlər belə, Gümrü hərbi hissəsinin mənasız olduğunu bildirir, iki dövlət arasında hərbi qarşıdurma yaranarsa, Moskvanın yalnız strateji raketlərdən istifadə etməklə hücumu dayandıra biləcəyini düşünürlər. Bu zaman isə Türkiyənin NATO üzvü olması Rusiya üçün olduqca baha başa gələ bilər. Məhz bu səbəbdən də Rusiyanın Ermənistan üçün bu riskə getməyəcəyi güman olunur. 


 
Görünür, Ankara da bu avantajının fərqindədir və öz PUA-sı ilə Moskvaya Cənubi Qafqazın yeni reallıqlarını başa salmağa çalışıb. Yeri gəlmişkən qeyd edək ki, dünən başa çatan Qafqaz-2020 təlimləriylə Rusiyanın Türkiyə və Azərbaycana Qafqazın sahibinin ruslar olduğu mesajını verdiyi bildirilirdi. Belə aydın olur ki, Türkiyə hərbi təlimlərlə yox, real hərəkətlərlə Moskvanın cavabını verməyə çalışıb.
 


Ana səhifəyə qayıt        Baxış: 1 183          Tarix: 27-09-2020, 18:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma