
Xəbər lenti
Dünən, 22:29
Dünən, 20:52
Dünən, 17:10
Dünən, 17:00
Dünən, 14:54
Dünən, 10:10
22-08-2025, 23:30
22-08-2025, 22:39
22-08-2025, 21:15
22-08-2025, 20:35
22-08-2025, 20:00
22-08-2025, 18:20
22-08-2025, 17:10
22-08-2025, 16:44
22-08-2025, 15:27
22-08-2025, 14:30
22-08-2025, 14:00
22-08-2025, 12:05

Rusiya “Qafqaz-2020” təlimi keçirərkən əslində Türkiyəyə və Azərbaycana “Qafqazın sahibi mənəm” mesaj verirdi. Təlim iştirakçılarından birinin də Ermənistan olması istər-istəməz ağla bir sualı gətirirdi: Görəsən, Azərbaycan Dağlıq Qarabağ əməliyyatlarına başlayarsa, Rusiya Ermənistana hərbi yardım edərmi?
Yəqin ki, “Qafqaz-2020” təlimlərinə qatılan erməni hərbçiləri bu suala 100% əminliklə “bəli” gözləntisi içində idilər. Üzərindən bir gün keçməmiş Azərbaycana bütün sərhəd boyu hücumları da, görünür, bu əminlikdən qaynaqlanmışdı. Amma Azərbaycanın heç tərəddüd etmədən ani əks-hücumla erməni təcavüzə cavab verməsi İrəvanın bütün ümidlərini alt-üst etdi. Müharibə başlayar-başlamaz Paşinyan yardım üçün Putinə müraciət etsə də, tərəf-müqabilindən sadəcə diplomatik dəstək vədi ala bildi. Bu isə Ermənistanda rus xəyanəti kimi qarşılandı.
Sual oluna bilər: Ermənilərin məntiqi ilə desək, Rusiya niyə Ermənistana “xəyanət” etdi?
Türkiyənin istefada olan aviasiya general-leytenantı Ərdoğan Qaraquşun bu suala cavabı konkret olub.
CNN Türk-ün suallarını cavablandıran Qaraquş deyib ki, Rusiya belə bir təşəbbüsə əl atsa Türkiyənin ciddi cavabı ilə qarşılaşa bilər: “Odur ki, Rusiya özünü zorla saxlayır. Hazırda Ermənistan Hərbi Hava Qüvvələri yoxdur. 20-30 il bundan əvvəl onlar Rusiya qırıcılarından istifadə edirdilər. Hanı indi o qırıcılar? Rusiya bilir ki, əgər bu qırıcılardan istifadə olunarsa, Türkiyə də bu işə qarışacaq. Ona görə də ehtiyatlı davaranır".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar