Xəbər lenti

 
Livanda yayımlanan "Al Mayadeen" nəşrinə açıqlama verən Ermənistan rəsmiləri "əsgərlər həyatlarını qorumaq üçün Qarabağdakı bəzi bölgələrdən geri çəkilməli olduqlarını" etiraf ediblər.
 
Ovqat.com xəbər verir ki, nəşr bu məlumatı qondarma “DQR” “prezidentinin” mətbuat katibi Poqasyana istinadən yayıb.
 
Qeyd edək ki, "Al Mayadeen" nəşri ermənipərəst mövqelidir. Hətta nəşrin Livan ermənilərinə məxsus olması barədə iddialar var.
 
Xatırladaq ki, ötən gün Azərbaycan Silahlı Qüvvələrinin Ali Komandanı İlham Əliyev erməniləri işğal olunmuş ərazilərimizdən “iti qovan kimi qovduğumuzu” bildirmişdi. Görünür, erməni hərbçilər bu iddianı təkzib etmək üçün qovulmadıqlarını, özlərininin könül xoşluğu ilə Azərbaycan ordusu qabağından “it kimi qaçdıqlarını” əsaslandırmağa çalışıblar.


Ana səhifəyə qayıt        Baxış: 4 848          Tarix: 5-10-2020, 19:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma