Xəbər lenti

 

Ermənistan Xarici İşlər Nazirliyi qondarma rejimin Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Vitali Balasanyanın bəyanatlarını təkzib edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazirliyin mətbuat katibi Anna Naqdalyan deyib.

“Biz yenidən reallıqla heç bir əlaqəsi olmayan bu cür yalan bəyanatları qətiyyətlə rədd edirik. Biz Qarabağdakı seçkiqabağı təşviqat kampaniyasını diqqətlə izləyirik. Bizim ümummilli hədəfimiz naminə hər kəsi Dağlıq Qarabağ konfliktini daxili siyasi mübarizədə alət kimi istifadə etməməyə çağırırıq”.

Qeyd edək ki, Balasanyan bundan öncə Mnatsakanyanla Məmmədyarovun Cenevrədə Laçında azərbaycanlılarla ermənilərin birgə yaşayış sahəsinin yaradılmasıyla bağlı razılıq əldə olunduğuna məlumat yayıb. O bu razılaşma sayəsində BMT sülhməramlılarının bölgəyə yeridiləcəyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 668          Tarix: 8-02-2020, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma